Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı 

¹ 465 

  Bakı şəhəri, 25 oktyabr 2018-ci il

 

Dərman vasitələri haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1150-VQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 iyun tarixli 157 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan ­Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 125 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 4, maddə 791, ¹ 10, maddə 1735; 2017, ¹ 7, maddə 1473) ilə təsdiq edilmişDövlət bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.9-1-ci 3.1.9-2-ci yarımbəndlər əlavə edilsin:

“3.1.9-1. dərman vasitəsinin effektivliyi təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq farmakonəzarət üzrə tədbirlər görmək farmakonəzarət üzrə məsul şəxs müəyyən etmək;

3.1.9-2. dərman vasitələrinin əlavə təsirləri dərman vasitələrinin istifadəsi zamanı yaranan digər arzuolunmaz nəticələr barədə məlumatları, həmçinin farmakonəzarət üzrə məlumatları hesabat sənədlərini Nazirliyə təqdim etmək;”.

 

Novruz MƏMMƏDOV,

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2018.- 27 oktyabr.- S.2.