Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il  17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmişSudan istifadə Qaydaları”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

¹ 411  

Bakı şəhəri, 22 sentyabr 2018-ci il

 

“İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamının 8.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 7, maddə 950; 2017, ¹ 7, maddə 1480) ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.1-ci bəndində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra – SMPDK)” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – AİBNDA)” sözləri ilə, 6.1-ci, 6.6-cı, 6.15-ci bəndlərində və 6.15.2-ci yarımbəndində “SMPDK-nın” akronimi “AİBNDA-nın” akronimi ilə əvəz edilsin.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 25 sentyabr.- S.4.