“Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı 

 

¹ 415                          

                                                                                           Bakı şəhəri, 25 sentyabr 2018-ci il

 

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 914-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 dekabr tarixli 1733 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 8, maddə 1001, ¹ 10, maddə 1295; 2016, ¹ 2 (II kitab), maddə 355, ¹ 9, maddə 1585) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmişİstintaq təcridxanalarının daxili intizam Qaydaları”nın 21.3-cü bəndinin ikinci cümləsində “artırılması” sözü “uzadılması” sözü ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları” üzrə:

2.1. 13.3.2-ci yarımbəndə “başa çatdıqda” sözlərindən sonra “və həbsdə saxlamanın son müddəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 159.8-159.10-cu maddələrində nəzərdə tutulmuş qaydada uzadılmadıqda” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 13.3.2-1-ci yarımbənd əlavə edilsin:

“13.3.2-1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 159.8-159.10-cu maddələrində nəzərdə tutulmuş qaydada uzadılmış həbsdə saxlanılma müddəti başa çatdıqda;”.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 27 sentyabr.- S.8.