“2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli 517 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

¹ 419

 Bakı şəhəri, 26 sentyabr 2018-ci il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

“2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli 517 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 12, maddə 2234; 2018,  ¹ 4, maddə 796) əlavə - “Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi”ndə “Elçin Əfəndiyev” sözləri “Əli Həsənov” sözləri ilə əvəz edilsin. 

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 28 sentyabr.- S.6.