Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2011-ci  il  3 noyabr tarixli 182 nömrəli qərarı ilə təsdiq edilmişAzərbaycan Respublikası  Səhiyyə  Nazirliyinin  strukturuna daxil  olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 617 Bakı şəhəri, 29 dekabr 2017-ci il

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Bakı Sağlamlıq Mərkəzinin yaradılması haqqındaAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 1639 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 11, maddə 1064; 2012, ¹ 6, maddə 638, ¹ 8, maddə 825; 2013, ¹ 3, maddələr 332, 340, ¹ 6, maddə 730, ¹ 9, maddə 1136, ¹ 10, maddə 1214; 2015, ¹ 10, maddə 1214, ¹ 12, maddə 1563) ilə təsdiq edilmişAzərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda III bölmə əlavə edilsin:

“III. Publik hüquqi şəxslər

1. Bakı Sağlamlıq Mərkəzi.

2. “*hüquqi şəxs statusuna malik olan müəssisələrabzasına  şəxssözündən sonra “(publik hüquqi şəxs istisna olmaqla)” sözləri əlavə edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 5 yanvar.- S.5.