Pedaqoji profilli ixtisaslar üzrə aliorta ixtisas təhsili müəssisələrini bitirmişümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 8

Bakı şəhəri, 11 yanvar 2018-ci il

 

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Pedaqoji profilli ixtisaslar üzrə aliorta ixtisas təhsili müəssisələrini bitirmişümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 4, maddə 358; 2014, ¹ 8, maddə 1012) 1-ci hissəsinə ikinci halda “həmin” sözündən sonra “və ya digər kənd rayonlarının” sözləri əlavə edilsin.

 

Artur RASİ-ZADƏ

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 12 yanvar.- S.5.