Hərbi biletlərin formasının təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 4 dekabr tarixli 375 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 11

Bakı şəhəri, 12 yanvar 2018-ci il

 

 Hərbi vəzifə hərbi xidmət haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 785-VQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 oktyabr tarixli 1643 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 4 dekabr tarixli 375 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 12, maddə 1574) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Ehtiyatda olan zabitin hərbi biletinin forması”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “Ehtiyatda olan zabitin hərbi biletinin üzü”ndə:

 

1.1. “HƏRBİ BİLET” hissəsində “AR SHXÇDX-nin __________________________idarəsi (şöbə ya bölməsi)” sözləri “_______________________” sözləri ilə əvəz edilsin;         (hərbi bileti verən orqanın adı)

 

       1.2. 11-ci 12-ci bəndlərdə “SHXÇDX-nin __________idarəsi (şöbə ya bölməsi)” sözləri “__________________________” sözləri ilə əvəz edilsin;                                (hərbi bileti verən orqanın adı)

1.3. XI bölmə üzrə:

1.3.1. 2-ci bənddə “SHXÇDX-nin rayon şəhər idarələrinə (şöbə ya bölmələrinə)” sözlərihərbi bileti verən orqanasözləri ilə əvəz edilsin;

1.3.2. 3-cü bənddənyaşayış ya olduqları yer üzrə SHXÇDX-nin idarələrində (şöbə ya bölmələrində)” sözləri çıxarılsın;

1.3.3. 7-ci bənddəyer üzrə SHXÇDX-nin rayon şəhər idarə (şöbə ya bölmə) rəisinəsözləriorqanasözü ilə əvəz edilsin;

1.4. hərbi biletin formasının sonuna aşağıdakı məzmundaQeydəlavə edilsin:

“Qeyd. Ehtiyatda olan zabitin hərbi biletində “hərbi bileti verən orqan” dedikdə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən ehtiyata keçirilmiş zabitlərə münasibətdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətindən ehtiyata keçirilmiş zabitlərə münasibətdə Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, digər zabitlərə münasibətdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri nəzərdə tutulur.”.

 

Artur RASİ-ZADƏ

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 16 yanvar.- S.6.