Goranboyda tarixi abidə aşkar olunub

 

“Şahdəniz Mərhələ 2” və “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” layihələri üzrə aparılan müvafiq işlər zamanı Goranboy rayonunun Borsunlu kəndinin inzibati ərazisindəki Kərpiclitəpə adlı yerdə tarixi əhəmiyyətli abidə aşkarlanıb.

 

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) APA-ya verilən məlumata görə, abidə ArxeologiyaEtnoqrafiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlının rəhbərlik etdiyi qrup tərəfindən aşkar edilib.

Hazırda ərazidə çöl-tədqiqat işlərinin rəhbəri, institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Əsədovun başçılığı altında qazıntılar davam etdirilir.

"Kərpiclitəpə abidəsi Borsunlu kəndindən təxminən 1,5 km cənub-şərqdə yerləşir. Ötən il aparılmış qazıntılar zamanı iki tikinti horizontu qeydə alınıb. Birinci horizontda əsasən çay daşlarından hörülmüş divar qalıqları, gildən hazırlanmış təndirlər və qızdırıcı sobalar, 2 quraşdırma təndiri, həmçinin su quyusu aşkar edilib. İkinci horizontda isə şərti olaraq “qəsr” adlandırılan böyük bir tikilinin bir hissəsi, kərpic və keramika bişirilən böyük soba, çoxsaylı bütöv və quraşdırılma təndirlər, ocaqlar, su və təsərrüfat quyuları aşkarlanıb. “Qəsr”in divarları bişmiş kərpicdən və çay daşından, soba isə çiy kərpicdən hörülüb.

Qazıntılar zamanı çoxlu sayda şirlişirsiz saxsı qablar və onların fraqmentləri, müxtəlif heyvan sümükləri, mis sikkələr, şüşə qabqolbaq fraqmentləri, gilpasta muncuqlar, dəmir və sümükdən hazırlanmış məmulatların detalları, daş əmək alətləri tapılıb.

Aşkar edilmiş tikili qalıqları, saxsı qablarnumizmatik materiallar bu abidənin orta əsrlərin inkişafı dövrünə, daha dəqiq desək, X əsrin sonları - XIII əsrin əvvəllərinə aid olduğunu göstərir.

Tikili qalıqlarında tətbiq olunan memarlıq üslubları, olduqca nəfis hazırlanmış keramika nümunələrinin bolluğukülli miqdarda sikkələrin tapılması abidənin öz dövründə mühüm siyasi əhəmiyyətə malik yaşayış mərkəzi olduğunu deməyə əsas verir. Ehtimala görə, bu yaşayış mərkəzində həyat Çingiz xan istilaları ilə əlaqədar kəsilib", - deyə məlumatda bildirilir.

 

Xalq qəzeti.- 2018.- 23 yanvar.- S.6.