Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 20

Bakı şəhəri, 19 yanvar 2018-ci il

 

“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Talassemiya Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1680 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 11, maddə 1064; 2012, ¹ 6, maddə 638, ¹ 8, maddə 825; 2013, ¹ 3, maddələr 332, 340, ¹ 6, maddə 730, ¹ 9, maddə 1136, ¹ 10, maddə 1214; 2015, ¹ 10, maddə 1214, ¹12, maddə 1563; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 617 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “I. Büdcədən maliyyələşən müəssisələr” bölməsinin “3. Tibbi mərkəzlər və birliklər” hissəsinin 3.6-cı bəndi ləğv edilsin.

2. “III. Publik hüquqi şəxslər” bölməsinə aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:

“2. Talassemiya Mərkəzi”.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 23 yanvar.- S.3.