Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

 

¹ 137

 Bakı şəhəri, 1 aprel 2019-cu il

 

Azərbaycan Respublikası Konstitusiyasının

119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə aşağıdakı tərkibdə Komissiya yaradılsın:

 

Komissiyanın sədri

 

Azərbaycan Respublikası Baş nazirinin müavini

 

Komissiyanın katibi

 

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının humanitarsosial məsələlər şöbəsinin müdiri

 

Komissiyanın üzvləri:

 

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası gənclər idman nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası əmək əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədrinin müavini

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisinin müavini

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri.

2. Dövlət müəssisələrinin, təşkilatlarının, idarələrinin digər obyektlərin adlarının dəyişdirilməsi, onlara görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin şəhidlərin adlarının verilməsi ilə əlaqədar daxil olmuş təkliflər Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında qaldırılmış vəsatətlər Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələri tərəfindən araşdırılır nəticəsi barədə arayışla birlikdə baxılması üçün bu Qərarın 1-ci hissəsi ilə yaradılan Komissiyaya təqdim edilir.

3. Bu Qərardan irəli gələn digər məsələlərAzərbaycan Respublikası Nazirlər Kabinetinin qaydası”nın Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanına əsasən həll edilir.

4. Azərbaycan Respublikası Nazirlər KabinetininŞəhidlərin adının əbədiləşdirilməsi ilə əlaqədar komissiyanın yaradılması haqqında” 1995-ci il 10 yanvar tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər KabinetininŞəhidlərin adının əbədiləşdirilməsi ilə əlaqədar komissiyanın yaradılması haqqında” 1995-ci il 10 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” 1995-ci il 10 avqust tarixli 181 nömrəli qərarları ləğv edilsin.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 4 aprel.- S.6.