Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

¹ 371 

   Bakı şəhəri, 27 avqust 2019-cu il

 

 

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 23 aprel tarixli 1565-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 may tarixli 1198 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 8, maddə 860; 2012, ¹ 12, maddə 1351; 2016, ¹ 7, maddə 1343, ¹ 9, maddə 1585; 2017, ¹ 4, maddələr 620, 643; 2019, ¹ 3, maddə 559) ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-ci hissəsinə “buraxıldığı günə” sözlərindən sonra “(sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə)” sözləri əlavə edilsin.

 

Novruz Məmmədov

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 29 avqust.- S.2.