Misirin aparıcı qəzetlərində

Birinci vitse-prezident Mehriban Əliyevanın

fəaliyyəti barədə məqalələr dərc olunub

 

Misirin geniş oxucu auditoriyasına malik qəzetlərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətini əks etdirən məqalələr dərc olunub. AZƏRTAC xəbər verir ki, Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin məqaləsi “Al-Cumhuriyyə”, “Rayət Əl-Masr”, “Al-Diplomacy”, misirli jurnalist tədqiqatçı Əbu Bəkr Əbu Məcdin məqaləsi isə “Al-Masriyya”, “Asiyaelyoumqəzetlərində dərc edilib.

 

Məqalələrdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətindən ətraflı bəhs olunur. Çoxşaxəli fəaliyyəti ilə Mehriban xanımın Azərbaycan dövlətinin xalqının inkişafına böyük töhfələr verdiyi vurğulanır. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixli Sərəncamı ilə Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsinin cəmiyyət tərəfindən böyük razılıqla qarşılandığı qeyd edilir. Onun fəaliyyətinin beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirildiyi bildirilir.

Məqalələrdə, həmçinin Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda xaricdə həyata keçirilən layihələrin əhəmiyyətindən söhbət açılır.

 

Asya Hacıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

 

Qahirə

 

Xalq qəzeti.- 2019.- 29 avqust.- S.3.