Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənova 

 

Hörmətli Həsən müəllim!

 

Azərbaycan milli mətbuatı tarixində öz yeri, dəst-xətti olanXalq qəzeti”nin 100 illik yubileyi münasibətilə Sizi və redaksiyanızın hər bir üzvünü səmimi-qəlbdən təbrik edirəm.

Xalq qəzeti” bir əsrlik tarixi ərzində çətin sınaqlardan keçib. Uzun illər “Kommunist” adı ilə nəşr edilən bu qəzet sovet dönəmində Azərbaycanın ictimai-siyasi, iqtisadi, elmi və mədəni həyatının güzgüsü olub. Sərt nəzarət və senzura şəraitində nəşr olunmasına baxmayaraq, Azərbaycanın milli maraqlarına və milli məfkurəyə sədaqətlə xidmət etməyə çalışıb. Tanınmış yazıçılar, şairlər, elm və sənət adamları qəzetlə sıx əlaqə saxlayır, onun səhifələrində milli-mənəvi dəyərlərimizi yaşadan yazılarla çıxış edirdilər.

Dövrün görkəmli ziyalılarını öz ətrafında toplayan qəzet, eyni zamanda, milli jurnalist kadrları yetişdirən yaradıcılıq məktəbi kimi fəaliyyət göstərib. Müasir qəzet üslubu, əsasən, bu nəşrin səhifələrində cilalanıb.

Mətbuata böyük önəm verən ulu öndər Heydər Əliyevin himayəsi ilə qəzet həyatın işıqlı tərəfləri ilə yanaşı, problemləri də açıb göstərib, mənfi halları cəsarətlə tənqid edib.

Mənim də vaxtilə çalışdığım bu qəzet müasir jurnalistlərin bütöv bir nəslini yetişdirib. Burada çağdaş jurnalistikamız üçün gərəkli olan yaradıcılıq ənənələri formalaşıb. Qəzetin kollektivi milli azadlıq hərəkatını dəstəkləyib, xalqın haqq səsini yayan yazılarla çıxış edib.

Bu günXalq qəzeti” möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan tarixi islahatların təbliğində yaxından iştirak edir, ölkə həyatının bütün sahələrini dolğun şəkildə işıqlandırır, bir əsr ərzində formalaşmış ənənələri daha da zənginləşdirməyə çalışır. 

Hörmətli Həsən müəllim, əlamətdar yubiley münasibətilə Sizikollektivinizi AZƏRTAC-ın jurnalistləri adından və şəxsən öz adımdan bir daha təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

 

Hörmətlə,

 

Aslan Aslanov,

Azərbaycan Dövlət İnformasiya Agentliyinin

(AZƏRTAC) İdarə Heyətinin sədri,

OANA-nın prezidenti

 

Xalq qəzeti.- 2019.- 29 avqust.- S.5.