Xalq qəzeti”nin baş

redaktoru Həsən Həsənova 

 

Hörmətli Həsən müəllim!

 

Xalq qəzeti”nin fəaliyyətə başlamasının 100 illiyi münasibətilə Sizi qəzetin yaradıcı kollektivini səmimi- qəlbdən təbrik edirik.

Bir əsrlik fəaliyyəti dövründə milli mətbuatımızın tarixində cəmiyyətin həyatında özünəməxsus rol oynayanXalq qəzeti”nin inkişaf yolunu nailiyyətlərini, təbii olaraq, milli mətbuatımızın keçdiyi keşməkeşli şərəfli yoldan kənarda təsəvvür etmək təhlil etmək mümkün deyil. Xalq qəzetimilli mətbuatımızın 100 illik tarixinə şahidlik etmiş onun formalaşmasına bilavasitə töhfələr vermiş dəyərli mətbuat nümunələrimizdəndir. Azərbaycan milli mətbuatının tarixində davamlı şəkildə bir əsr fəaliyyət göstərmək hər gün ən müxtəlif mövzularda oxucularına obyektiv məlumatlar çatdırmaq olduqca təqdirəlayiqdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə müşahidə olunan geniş demokratikləşmə prosesində nəşrə başlayan ilk nömrələrindən geniş ictimai populyarlıq qazanan qəzetin çox mühüm uğurlarından biri, şübhəsiz ki, müxtəlif siyasi quruluşlarda öz fəaliyyətini missiyasını layiqincə davam etdirməsidir. Sovet dövründə ən çətin situasiyalarda ciddi təzyiqlər qarşısında belə xalqımızın milli maraqlarına, tərəqqisinə mümkün olduğu qədər işıq tutmağa çalışanXalq qəzetiətrafında birləşdirdiyi dəyərli qələm sahibləri görkəmli ziyalılarla xalqımızın maariflənməsinə, tarixi, milli-mənəvi dəyərlərimizin təbliğinə töhfələr vermişdir. Bu gün Azərbaycan ədəbiyyatında adları fəxrlə çəkilən böyük ustadlarımız, bir çox tanınmış yazıçı şairlərimiz uzun illər bu qəzetdə dərc olunmuş yazıları ilə milli-mənəvi dəyərlərimizi yaşatmış, eyni zamanda, zəngin ədəbi nümunələri ilə qəzetə böyük oxucu auditoriyası qazandırmışlar.

Müstəqillik illərində isəXalq qəzetiölkəmizdə azad sözün keşiyində dayanan, mütərəqqi qəzetçilik ənənələrinin yaranmasına böyük töhfələr verən kütləvi informasiya vasitələri arasında layiqli yerini almışdır. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı qəzetin tarixində keyfiyyətcə yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. Həmin dövrdən etibarən Heydər Əliyev ideyalarının təbliği, hüquqidemokratik dövlət quruculuğu yönündə reallaşdırılan inamlı layihələr həyata keçirilən sosial iqtisadi islahatların uğurlu nəticələrinin ictimaiyyətə çatdırılmasıXalq qəzeti”nin fəaliyyətinin əsas istiqamətlərini təşkil etmişdir. Ölkəmizdə siyasi plüralizmin demokratiyanın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna qəzetin töhfələrini ayrıca vurğulamaq lazımdır.

Sevindirici haldır ki, “Xalq qəzetibu gün öz fəaliyyətində ölkəmizdə uğurlu dövlət quruculuğu prosesini hərtərəfli şəkildə təbliğ edir, Azərbaycanın əldə etdiyi mühüm tarixi nailiyyətlərin daha geniş auditoriyaya çatdırılması işində, etibarlı səmərəli informasiya təminatının yaradılmasında bir media orqanı olaraq üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Mövzu rəngarəngliyi, tariximizə, milli dəyərlərimizə göstərdiyi həssaslıq, tarixi gerçəkliklərin işıqlandırılması istiqamətindəki fəaliyyəti qəzetin kollektivinin uğurları sırasındadır.

Eyni zamanda, “Xalq qəzeti”nin milli jurnalistika məktəbimizin formalaşmasında da xidmətləri danılmazdır. Bir zamanlar bu qəzetin redaksiyasında çalışan xeyli sayda həmkarlarımız bu gün müxtəlif sahələrdə fərqli ünvanlarda fəaliyyət göstərsələr , onlarXalq qəzeti”ndə qazandıqları təcrübə ilə özlərini doğrultmağa davam edirlər.

Biz Yeni Azərbaycanqəzeti olaraq, bir dahaXalq qəzeti”nin kollektivini ürəkdən təbrik edir, sizə gələcəkdə daha böyük uğurlar, bu çətin şərəfli yolda yorulmaz fəaliyyət arzu edirik.

 

Hörmət ehtiramla:

 

Hikmət Babaoğlu,

Yeni Azərbaycanqəzetinin baş redaktoru,

Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2019.- 29 avqust.- S.7.