Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 477 

Bakı şəhəri, 17 dekabr 2019-cu il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik

Toplusu, 2017, ¹ 11, maddə 2164; 2018, ¹ 3, maddə 586, ¹ 9, maddə 1904, ¹ 10, maddə 2169, ¹ 11, maddə 2427; 2019, ¹ 1, maddə 148, ¹ 2, maddə 332, ¹ 4, maddələr 747, 748, 759, ¹ 5, maddə 939, ¹ 7, maddələr 1314, 1323, ¹ 8, maddə 1473; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 dekabr tarixli 463 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3206.11.000.0, 3402.11.900.0, 3901.10.100.0, 3920.43.100.0, 4804.51.000.0, 5307.10.000.0, 5402.53.000.0 və 5402.62.000.0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmi “0” rəqəmi ilə əvəz edilsin;

1.2. 7202.11.200.0, 7202.11.800.0, 7202.19.000.0, 7202.21.000.0, 7202.29.100.0, 7202.29.900.0, 7202.30.000.0, 7202.41.100.0, 7202.41.900.0, 7202.49.100.0, 7202.49.500.0 və 7202.49.900.0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “0 (1000 kq 5 ABŞ dolları*)” sözləri “0” rəqəmi ilə əvəz edilsin.

2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

3. Bu Qərarın 1.1-ci bəndi 2 (iki) il müddətində qüvvədədir.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 19 dekabr.- S.10.