Azərbaycan Respublikası Nazirlər Kabinetininİnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il  19 dekabr tarixli 277 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 484

 Bakı şəhəri, 18 dekabr 2019-cu il

 

“Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 mart tarixli 597 nömrəli Fərmanının 7.7-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 8, maddə 861, ¹ 9, maddə 923, ¹ 10, maddə 1021, ¹ 12, maddə 1331; 2009, ¹ 1, maddələr 22, 32, ¹ 2, maddə 150, ¹ 4, maddələr 282, 293, ¹ 8, maddələr 674, 675, 680, ¹ 10, maddələr 846, 852, 856; 2010, ¹ 2, maddələr 146, 161, ¹ 11, maddə 1040; 2011, ¹ 1, maddə 54, ¹ 5, maddə 447, ¹ 9, maddə 855; 2012, ¹ 5, maddə 475, ¹ 8, maddə 817, ¹ 10, maddə 1028, ¹ 11, maddə 1204, ¹ 12, maddələr 1363, 1388; 2013, ¹ 1, maddə 73, ¹ 8, maddələr 1015, 1038, ¹ 10, maddə 1219; 2014, ¹ 1, maddə 69, ¹ 3, maddə 312, ¹ 6, maddə 736, ¹ 7, maddə 918, ¹ 10, maddə 1308; 2015, ¹ 2, maddə 227, ¹ 5, maddə 612, ¹ 6, maddə 799, ¹ 11, maddə 1413; 2016, ¹ 2 (II kitab), maddə 381, ¹ 4, maddələr 781, 831, ¹ 5, maddə 955, ¹ 7, maddə 1342, ¹ 8, maddələr 1439, 1450, ¹ 9, maddələr 1583, 1585, 1588, ¹ 11, maddə 1976, ¹ 12, maddə 2241; 2017, ¹ 2, maddələr 283, 295, 310, ¹ 5, maddə 972, ¹ 8, maddə 1610, ¹ 10, maddə 1920; 2018, ¹ 2, maddə 335, ¹ 3, maddələr 577, 626, ¹ 7 (II kitab), maddə 1654, ¹ 10, maddələr 2142, 2161; 2019, ¹ 1, maddə 159, ¹ 3, maddələr 529, 563, 565, ¹ 4, maddə 743, ¹ 5, maddələr 944, 972) ilə təsdiq edilmişİnzibati orqanların Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. II bölməyə aşağıdakı məzmunda 22.1-ci bənd əlavə edilsin:

“22.1. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi”;

1.2. III bölmənin 3.2-ci bəndi ləğv edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 12, maddə 1115; 2009, ¹ 2, maddə 153, ¹ 4, maddə 282, ¹ 7, maddə 605, ¹ 8, maddələr 674, 680, ¹ 10, maddələr 846, 852, 856; 2010, ¹ 1, maddə 60, ¹ 2, maddələr 146, 161, ¹ 10, maddələr 906, 912, ¹ 11, maddə 1040; 2011, ¹ 1, maddə 66, ¹ 5, maddə 446, ¹ 9, maddələr 856, 862; 2012, ¹ 5, maddə 479, ¹ 8, maddə 818, ¹ 10, maddə 1027, ¹ 11, maddə 1205; 2013, ¹ 1, maddə 74, ¹ 8, maddələr 1014, 1037; 2014, ¹ 1, maddə 69, ¹ 3, maddə 313, ¹ 6, maddə 736, ¹ 7, maddə 919, ¹ 10, maddə 1308; 2015, ¹ 2, maddə 227, ¹ 5, maddə 611, ¹ 6, maddə 800, ¹ 11, maddə 1414; 2016, ¹ 1, maddə 171, ¹ 2 (II kitab), maddə 382, ¹ 3, maddə 608, ¹ 4, maddələr 782, 831, ¹ 5, maddə 955, ¹ 7, maddə 1343, ¹ 8, maddələr 1440, 1450, ¹ 9, maddələr 1584, 1585, 1587, ¹ 11, maddə 1976, ¹ 12, maddə 2241; 2017, ¹ 2, maddələr 282, 296, 311, ¹ 5, maddə 972, ¹ 8, maddə 1611, ¹ 10, maddələr 1921, 1922, ¹ 11, maddə 2186; 2018, ¹ 2, maddə 336, ¹ 3, maddələr 578, 625, 631, ¹ 7 (II kitab), maddə 1655, ¹ 10, maddələr 2142, 2161; 2019, ¹ 1, maddə 160, ¹ 3, maddələr 529, 563, 565, ¹ 4, maddə 743, ¹ 5, maddələr 944, 972) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. “Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan dövlət büdcəsindən maliyyələşən orqanlar:” sözlərindən sonra “Memarlıq və Şəhərsalma Baş İdarəsi” sözləri çıxarılsın;

2.2. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında: Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi” sözləri əlavə edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 19 dekabr.- S.10.