Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində hüquqifiziki şəxslərə məxsus traktor, özüyeriyən maşın və mexanizmlərin texniki vəziyyəti və istismarı üzərində dövlət nəzarəti haqqında” 1996-cı il 16 sentyabr tarixli 121 nömrəli, “Azərbaycan Respublikasında buğda toxumçuluğunun inkişaf etdirilməsi tədbirləri haqqında” 2008-ci il 19 iyun tarixli 139 nömrəli, “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər barədə” 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2015-ci il 5 oktyabr tarixli 317 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 496  Bakı şəhəri, 25 dekabr 2019-cu il

 

 

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası ərazisində hüquqifiziki şəxslərə məxsus traktor, özüyeriyən maşın və mexanizmlərin texniki vəziyyəti və istismarı üzərində dövlət nəzarəti haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 16 sentyabr tarixli 121 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədən “beş ştat vahidindən ibarət” və “, rayon və şəhərlərdə isə regional bölmələr” sözləri çıxarılsın;

1.2. 2-ci hissənin üçüncü abzası ləğv edilsin.

2. “Azərbaycan Respublikasında buğda toxumçuluğunun inkişaf etdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 iyun tarixli 139 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 6, maddə 591; 2014, ¹ 2, maddə 201; 2015,

¹ 2, maddə 227; 2016, ¹ 5, maddə 955) 5-ci hissəsində “Nazirliyin tabeliyində olan Aqrar Elm Mərkəzinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin yerli təşkilatlarında, habelə dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində” sözləri “Nazirliyin yanında olan Aqrar Xidmətlər Agentliyində, tabeliyində olan Aqrar Elmİnnovasiya Mərkəzində, habelə dövlət müəssisələrində” sözləri ilə əvəz edilsin.

3. “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 9, maddə 872; 2013, ¹ 7, maddə 881; 2015, ¹ 2, maddə 227; 2016, ¹ 1, maddə 168; 2017, ¹ 7, maddə 1476; 2019, ¹ 3, maddə 547, ¹ 5, maddə 972) 4-cü hissəsindən “və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri çıxarılsın.

4. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 317 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 10, maddə 1231; 2018, ¹ 7 (II kitab), maddə 1656, ¹ 8, maddə 1804; 2019, ¹ 3, maddə 563, ¹ 5, maddə 971) 1-ci hissəsinin “Kollegiyanın üzvləri” bölməsində “rəisi” sözü “sədri” sözü ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 27 dekabr.- S.9.