“Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 499 

Bakı şəhəri, 25 dekabr 2019-cu il

 

“Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 fevral tarixli 527 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 7, maddə 1482, ¹ 10, maddə 1906, ¹ 11, maddə 2177; 2018, ¹ 11, maddə 2432, ¹ 12 (II kitab), maddə 2730) ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavə - “Dövlət qulluğu üzrə müraciət Forması”nda aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 2.4-cü bənd əlavə edilsin:

“2.4. fərdi identifikasiya nömrəsi (FİN) ____________”.

2. 14-cü hissə ləğv edilsin.

3. 16-cı hissəyə “qayınananız” sözündən sonra “qayınlarınız, baldızlarınız” sözləri, “Doğulduğu tarix” sözlərindən sonra “(gün, ay, il)” sözləri əlavə edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 27 dekabr.- S.9.