Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli Qərarı ilə təsdiq edilmişReklam qurğularına Texniki Tələblər”də  dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 522

  Bakı şəhəri, 30 dekabr 2019-cu il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 12, maddə 2218; 2018, ¹ 7 (II kitab), maddə 1631; 2019, ¹ 7, maddə 1322) ilə təsdiq edilmişReklam qurğularına Texniki Tələblər”də aşağıdakı dəyişikliklər edilsin:

1. 2.5-ci bənddə “yol verilmir” sözləri “insanların hərəkətinə maneə və təhlükə yaratmamaq şərtilə yol verilir” sözləri ilə əvəz edilsin.

2. 3.1-ci bəndin ikinci cümləsində “0,90-1,50 x 1,20-2,10” sözləri “eni 1,50 metrədək, uzunluğu isə 2,10” sözləri ilə əvəz edilsin.

3. 3.2-ci bəndin birinci cümləsindən “ikitərəfli” sözü çıxarılsın, ikinci cümləsində “1,10-1,30 x 1,90-2,10 metrədək, dayaq dirəyinin hündürlüyü 0,30-0,60” sözləri “eni 1,30 metrədək, uzunluğu 2,10 metrədək, dayaq dirəyinin hündürlüyü isə 0,60” sözləri ilə əvəz edilsin.

4. 3.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“3.3. Reklam tentləri (bundan sonra - tent) üzərində reklam yerləşdirilən, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin, həmçinin vitrinlərin, bina və digər tikililərin qapı və pəncərələrinin üzərinə quraşdırılan günlük şəklində reklam qurğularıdır. Tent bərkidici elementlərdən, karkasdanyumşaq, yaxud sərt materialdan hazırlanmış reklam səthindən ibarətdir. Bir binada yerləşən tentlər ümumi görünüşə xələl gətirmədən və binanın görünüşünü korlamadan müxtəlif formaya malik ola bilər. Tentin reklam yerləşdirilən səthinin sahəsi reklamın tutduğu sahə ilə müəyyənləşdirilir.”.

5. 3.4-cü bəndin birinci cümləsinə “yerləşdirilən” sözündən sonra “və üzərində reklam əks olunan” sözləri əlavə edilsin, ikinci cümləsində “günbəzinin sahəsi” sözləri “reklamın tutduğu sahə” sözləri ilə əvəz edilsin.

6. 3.5-ci bəndin üçüncü cümləsində “0,50-1,10 x 5,00-15,00” sözləri “eni 1,10 metrədək, uzunluğu 15,00” sözləri ilə əvəz edilsin, beşinci cümləsindən “avtomobil yolunun üzərində, yaxud kənarında yerləşdirilməsinə,” sözləri çıxarılsın.

7. 3.7-ci bəndin ikinci cümləsində “1,00-2,00 x 1,50-2,50 metrədək, aşağı küncünün yerdən hündürlüyü 0,20-0,50 metr” sözləri “eni 2,00 metrədək, uzunluğu 2,50 metrədək, aşağı küncünün yerdən hündürlüyü 0,50 metrədək” sözləri ilə, dördüncü cümləsində “tədbirlərin” sözü “tədbirlər və onların” sözləri ilə əvəz edilsinbeşinci cümləsi çıxarılsın.

8. 3.8-ci bəndin birinci cümləsinə “yerləşdirilən” sözündən sonra “birtərəfli və ya” sözləri əlavə edilsinüçüncü cümləsi çıxarılsın.

9. 3.10-cu bəndin birinci cümləsinə “tumbası” sözündən sonra “dairəvi və ya” sözləri əlavə edilsin.

10. 3.11-ci bəndin ikinci cümləsinə (ikinci halda) “üzərində” sözündən sonra “və ya damında” sözləri əlavə edilsin.

11. 3.12-ci bəndin birinci cümləsinə “lövhəsi” sözündən sonra “(bilbord)” sözü əlavə edilsin.

12. Aşağıdakı məzmunda 3.18 - 3.21-ci bəndlər əlavə edilsin:

“3.18. Vinil binaların qapı və pəncərələrinin üzərinə vurulan polimer tərkibli yapışqan reklam daşıyıcısıdır.

3.19. Roller müəyyən vaxt intervalı ilə reklam təsvirlərini diyircəklə dinamik dəyişən reklam qurğusudur. Rollerin ölçüsü 1-3 x 1.8-4 metrədək təşkil edir.

3.20. Prizmatron müəyyən vaxt intervalı ilə sinxron dəyişən və özündə 3 tərəfli prizmaları birləşdirən reklam qurğusudur. Prizmatronun ölçüsü 3 x 6 metrya 3 x 12 metr təşkil edir.

3.21. Körpüüstü reklam körpülərin və yerüstü piyada keçidlərinin divarında (hərəkət üçün nəzərdə tutulmayan hissəsində) üfüqi şəkildə yerləşdirilən reklam qurğusudur.”.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 31 dekabr.- S.11.