Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli  636 nömrəli və “Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında” 2004-cü il 30 sentyabr tarixli 145 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN  RESPUBLİKASI NAZİRLƏR  KABİNETİNİN QƏRARI 

¹ 30   

Bakı şəhəri, 31 yanvar 2019-cu il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması, bu istiqamətdə görülən tədbirlərin səmərəliliyinin artırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 27 dekabr tarixli 636 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci və 5-ci hissələrdən “, kolxozlarsözü, 2-ci hissədən “, kolxozlardansözü çıxarılsın və 5-ci hissədə “miqdarının hesablanması üçün nırx” sözləri “hesablanması üçün miqdar” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş 1-7 nömrəli əlavələr yeni redaksiyada təsdiq edilsin (əlavə olunur);

1.3. həmin Qərarla təsdiq edilmiş 8 nömrəli əlavə - “Meşənin yandırılması, odla ehtiyatsız rəftar edilməsi, axar sular, kimyəvi maddələr, sənaye, kommunal-məişət və digər tullantılarla meşənin, tək-tək və qrup halında olan ağac və kolların zədələnməsi və ya məhv edilməsi, həmçinin quruyacaqyaxud xəstələnəcək dərəcəyə gətirilməsi, habelə lazımi icazə alınmadan dövlət meşə fondu torpaqlarında tikinti işlərinin aparılması, ağac emalı və digər işlərin görülməsi nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması Qaydaları”nın 1-ci hissəsinin ikinci abzasında “nırxının” sözü “dəyərinin” sözü ilə əvəz edilsin.

2. “Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 145 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 9, maddə 757) 1-ci hissəsi ləğv edilsin.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 2 fevral.- S.8.