Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 15 may  tarixli  217  nömrəli  Qərarı  ilə  təsdiq  edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASI NAZİRLƏR  KABİNETİNİN QƏRARI 

¹ 31  

 Bakı şəhəri, 31 yanvar 2019-cu il

 

“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1252-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 oktyabr tarixli 613 nömrəli Sərəncamının 1.2-ci və 1.4-cü bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 15 may tarixli 217 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 5, maddə 1125) ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 1.9-cu bəndi aşağıdakı redaksiyada verilsin:

“1.9. Fizikihüquqi şəxslərin yaşıllıqların kadastrı barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, yaşıllıqların uçotumonitorinqi barədə istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanlarından, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə münasibətdə bələdiyyələrdən, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanlarından məlumat almaq hüquqları vardır.”.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 2 fevral.- S.8.