Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfathesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması və işçilərinin say həddinin müəyyən edilməsi haqqında

AZƏRBAYCAN  RESPUBLİKASI  NAZİRLƏR  KABİNETİNİN QƏRARI 

¹ 32 

Bakı şəhəri, 1 fevral 2019-cu il

 

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmişYerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.

2. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin.

4. Bakı Şəhər İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri həll etsin.

5. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmişİcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 5 fevral.- S.3.