Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı 

¹ 33

  Bakı şəhəri, 4 fevral 2019-cu il

 

Azərbaycan Respublikası Prezidentinin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 2018-ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanının 4.4-cü və “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanının 3.2-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər ­Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 5, maddə 547; 2015, ¹ 8, maddə 974, ¹ 11, maddə 1417; 2016, ¹ 4, maddə 795, ¹ 5, maddə 955, ¹ 6, maddə 1192, ¹ 9, maddə 1582, ¹ 11, maddə 1938, ¹ 12, maddə 2239; 2017, ¹ 3, maddələr 473, 509, ¹ 9, maddələr 1731, 1764; 2018, ¹ 2, maddə 348, ¹ 5, maddə 1117, ¹ 6, maddələr 1359, 1361, ¹ 9, maddələr 1911, 1931, ¹ 11, maddə 2457) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 6.1-ci bəndə “mərkəzləşdirilmiş” sözündən sonraelektronsözü əlavə edilsin.

2. 24-cü hissəsində “Müəllif Hüquqları Agentliyi” sözləri “Əqli Mülkiyyət Agentliyi” sözləri ilə əvəz edilsin.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 6 fevral.- S.4.