Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 noyabr tarixli 432 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tənzimləyici təsirin təhlili Qaydası”nda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN  RESPUBLİKASI  NAZİRLƏR  KABİNETİNİN  QƏRARI 

 

¹ 43 

Bakı şəhəri, 8 fevral 2019-cu il

 

“Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1268-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 noyabr tarixli 672 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər ­Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 noyabr tarixli 432 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 11, maddə 1920; 2017, ¹ 3, maddə 508) ilə təsdiq edilmiş “Tənzimləyici təsirin təhlili Qaydası”nın 2.6.1-ci yarımbəndinin altıncı abzasına “kiçik” sözündən əvvəl “mikro,” sözü əlavə edilsin.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 9 fevral.- S.2.