Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər KabinetininAli təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 12 yanvar tarixli 8 nömrəli, “Ali təhsilin bakalavriatmagistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli və “Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 314 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 45

     Bakı şəhəri, 11 fevral 2019-cu il

 

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı” təsdiq edilsin (əlavə olunur).

2. Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 1, maddə 29, ¹ 4, maddə 287; 2011, ¹ 3, maddə 230, ¹ 11, maddə 1069; 2012, ¹ 4, maddə 387, ¹ 8, maddə 823, ¹ 12, maddə 1378; 2013, ¹ 3, maddə 330; 2015, ¹ 6, maddə 786; 2016, ¹ 3, maddə 619; 2017, ¹ 2, maddə 313, ¹ 4, maddə 607, ¹ 9, maddə 1734; 2018, ¹ 3, maddə 610) 1-ci hissəsi ləğv edilsin.

3. Ali təhsilin bakalavriatmagistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 10, maddə 976; 2014, ¹ 4, maddə 446; 2015, ¹ 3, maddə 325; 2017, ¹ 4, maddə 620, ¹ 7, maddə 1500; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 noyabr tarixli 503 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:

3.1. adında və 1-ci hissəsində “bakalavriatmagistratura səviyyələri” sözləri “magistratura səviyyəsi” sözləri ilə əvəz edilsin;

3.2. həmin Qərarla təsdiq edilmişAli təhsilin bakalavriatmagistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı” üzrə:

3.2.1. adında “bakalavriatmagistratura səviyyələri” sözləri “magistratura səviyyəsi” sözləri ilə əvəz edilsin;

3.2.2. “Bakalavriat səviyyəsi üzrə” bölməsi ləğv edilsin.

4. Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 314 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 12, maddə 1378; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 noyabr tarixli 480 nömrəli Qərarı) 1-ci hissəsi ləğv edilsin.

5. Bu Qərar 2019-cu il 15 sentyabr tarixindən qüvvəyə minir.

 

Novruz MƏMMƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 12 fevral.- S.2.