Azərbaycan Respublikası Nazirlər KabinetininAzərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli, “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən donanmaya malik olan müəssisə, təşkilat şirkətlərin işçilərinin Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının fərqlənmə nişanlarının təsviri onların təchizatına dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2009-cu il 6 noyabr tarixli 173 nömrəli, “Limanın limanın infrastruktur obyektlərinin mühafizəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2014-cü il 16 oktyabr tarixli 330 nömrəli Dəniz terminalının operatoru tərəfindən realizə olunan yükün ona görə hesablaşmaların uçotu Qaydası”nın təsdiq edilməsi haqqında” 2014-cü il 22 dekabr tarixli 396 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

 

¹ 285  Bakı şəhəri, 29 iyun 2019-cu il

 

 

“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 10, maddə 866; 2006, ¹ 3, maddə 303, ¹ 5, maddələr 463, 468, ¹ 8, maddə 731, ¹ 9, maddə 822, ¹ 11, maddə 994; 2007, ¹ 1, maddə 50, ¹ 10, maddə 1021, ¹ 12, maddələr 1343, 1352; 2008, ¹ 2, maddə 130, ¹ 4, maddə 308, ¹ 10, maddə 936; 2009, ¹ 1, maddələr 22, 32, ¹ 2, maddələr 144, 150, ¹ 9, maddələr 736, 753; 2010, ¹ 4, maddə 369, ¹ 11, maddə 1048; 2011, ¹ 1, maddə 66, ¹ 4, maddə 365; 2012, ¹ 9, maddə 934; 2013, ¹ 8, maddə 1000, ¹ 10, maddə 1202; 2014, ¹ 1, maddələr 59, 69, ¹ 2, maddə 201, ¹ 5, maddə 557, ¹ 6, maddələr 745, 747, ¹ 9, maddə 1130; 2015, ¹ 2, maddə 227, ¹ 3, maddələr 328, 337, ¹ 6, maddələr 774, 781, ¹ 7, maddə 890, ¹ 11, maddə 1412; 2016, ¹ 3, maddə 595, ¹ 4, maddələr 806, 831, ¹ 5, maddələr 941, 955, ¹ 8, maddə 1450, ¹ 9, maddə 1561, ¹ 12, maddələr 2220, 2241; 2017, ¹ 4, maddə 643, ¹ 6, maddə 1244, ¹ 9, maddələr 1722, 1745, ¹ 10, maddə 1896; 2018, ¹ 1, maddə 122, ¹ 3, maddə 630, ¹ 4, maddələr 785, 831, ¹ 6, maddə 1356, ¹ 7 (II kitab), maddə 1628, ¹ 8, maddə 1799, ¹ 10, maddələr 2142, 2155, ¹ 11, maddə 2428; 2019, ¹ 3, maddələr 529, 544, 563, 565, 568, ¹ 4 maddə 753) ilə təsdiq edilmiş 4 nömrəli əlavə - “Büdcə xərclərinin inzibati təsnifatı”nın “Baş kredit sərəncamçıları” sütununda “Dövlət Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 noyabr tarixli 173 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 11, maddə 934; 2010, ¹ 3, maddə 264; 2011, ¹ 8, maddə 786; 2012, ¹ 10, maddə 1023; 2014, ¹ 1, maddə 60, ¹ 10, maddə 1318; 2015, ¹ 6, maddə 785; 2018, ¹ 3, maddə 606) aşağıdakı dəyişikliklər edilsin:

2.1. adında, preambulasında və 1-ci hissəsində “Respublikası Dövlət Dəniz Administrasiyasının” sözləri “Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin” sözləri ilə, preambulasında “2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”nin 8.36.13-cü” sözləri “2018-ci il 22 may tarixli 90 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi haqqında Əsasnamə”nin 1.5-ci” sözləri ilə, 1-1-ci hissəsində “Dövlət Dəniz Administrasiyasına” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə” sözləri ilə əvəz edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar” üzrə:

2.2.1. II-IV hissələrin adında, 1.1-1.4-cü bəndlərdə, 1.5-ci bəndin birinci cümləsində, 1.6-1.10-cu bəndlərdə “Respublikası Dövlət Dəniz Administrasiyasının” sözləri “Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin” sözləri ilə əvəz edilsin;

2.2.2. 1.11-ci bənddə “Respublikası Dövlət Dəniz Administrasiyasının dəniz təhlükəsizliyi şöbəsinin əməkdaşları” sözləri “Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin” sözləri ilə əvəz edilsin;

2.2.3. 4.8-ci bənd ləğv edilsin;

2.3. həmin Qaydalara 1 nömrəli əlavə - “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və döş nişanlarının təsviri”nin adında “Respublikası Dövlət Dəniz Administrasiyasının” sözləri “Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin” sözləri ilə əvəz edilsin;

2.4. həmin Qaydalara 2 nömrəli əlavə - “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının işçilərinin xidməti geyim formalarının üzərində olan fərqlənmə nişanlarının təsviri” üzrə:

2.4.1. adında “Respublikası Dövlət Dəniz Administrasiyasının” sözləri “Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin” sözləri ilə, 14-cü kateqoriyanın “Vəzifə” sütununda “Administrasiyasının rəisi” sözləri “Agentliyinin direktoru” sözləri ilə, 13-cü kateqoriyanın “Vəzifə” sütununda “Administrasiyası rəisinin müavini” sözləri “Agentliyinin direktor müavini” sözləri ilə, 12-ci, 11-ci, 10-cu, 8-ci, 7-ci və 6-cı kateqoriyalarının “Vəzifə” sütununda “Administrasiyasının” sözüAgentliyininsözü ilə və “Qeyd”ində “dəniz administrasiyasına” sözləri “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinə” sözləri ilə əvəz edilsin;

2.4.2. “Azərbaycan Respublikasının gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin, dənizçilik təhsil müəssisələrinin, Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının üzərində olan fərqlənmə nişanlarının təsviri”nin “Qeyd”ində “dəniz administrasiyasına” sözləri “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinə” sözləri ilə əvəz edilsin;

2.5. həmin Qaydalara 3 nömrəli əlavə - “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təchizat normaları”nın adında “Respublikası Dövlət Dəniz Administrasiyasının” sözləri “Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin” sözləri ilə əvəz edilsin.

3. “Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 oktyabr tarixli 330 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 10, maddə 1300) aşağıdakı dəyişikliklər edilsin:

3.1. preambulası aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:”;

3.2. həmin Qərarla təsdiq edilmiş “Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi Qaydası”nın 2.2-ci bəndində “Dövlət Dəniz Administrasiyası (bundan sonraAdministrasiya)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi (bundan sonraAgentlik)” sözləri ilə, 4.5-ci bəndində, 4.6-cı bəndinin ikinci cümləsində, 5.1-ci bəndinin birinci cümləsində, 6.2-ci bəndində, 6.3-cü bəndinin ikinci cümləsində və 7.2-ci bəndinin birinci cümləsində ismin müvafiq hallarında “Administrasiyasözü ismin müvafiq hallarında “Agentliksözü ilə əvəz edilsin;

3.3. həmin Qaydaya əlavənin mətnində “RESPUBLİKASININ DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASI” sözləri “RESPUBLİKASININ NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ YANINDA DÖVLƏT DƏNİZ AGENTLİYİ” sözləri ilə, “ADMINISTRATION” sözü “AGENCY UNDER THE MINISTRY OF TRANSPORT, COMMUNICATIONS AND HIGH TECHNOLOGIES” sözləri ilə, “Dövlət Dəniz AdministrasiyasısözləriNəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyisözləri ilə, “Administration” sözü “Agency under the Ministry of Transport, Communications and High Technologies” sözləri ilə “Administration of the Republic of Azerbaijan Administration” sözləri “Agency under the Ministry of Transport, Communications and High Technologies of the Republic of Azerbaijan” sözləri ilə əvəz edilsin.

4. “Dəniz terminalının operatoru tərəfindən realizə olunan yükün ona görə hesablaşmaların uçotu Qaydası”nın təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 dekabr tarixli 396 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 12, maddə 1673) aşağıdakı dəyişikliklər edilsin:

4.1. preambulası aşağıdakı redaksiyada verilsin:

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:”;

4.2. həmin Qərarla təsdiq edilmişDəniz terminalının operatoru tərəfindən realizə olunan yükün ona görə hesablaşmaların uçotu Qaydası”nın 2.1-ci bəndindəDövlət Dəniz AdministrasiyasısözləriNəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyisözləri ilə əvəz edilsin.

  

Novruz Məmmədov

Azərbaycan Respublikasının Baş Naziri

Xalq qəzeti.-2019.- 4 iyul.- S.6.