Azərbaycan
KİV rəhbərlərinin Moskva şəhərinə səfəri
davam edir
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı
ilə respublikanın aparıcı KİV təmsilçilərindən
ibarət 12 nəfərlik nümayəndə heyətinin
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə
səfər proqramı davam edir. Nümayəndə heyətinin səfər çərçivəsində
Rusiyanın jurnalist təşkilatları və aparıcı
KİV-lərin redaksiyalarında görüşləri
keçirilir.
Növbəti
görüş Ümumrusiya
Dövlət Teleradio Şirkətində keçirilib. Heyət
üzvlərini şirkətin xarici əlaqələr
departamentinin rəhbəri Pyotr Fyodorov və onun müavini
Aleksey Perevoşçikov
qarşılayıblar. KİVDF-nin icraçı
direktoru, səfər qrupunun rəhbəri Vüqar Səfərli KİV təmsilçilərinin
Moskvaya səfərinin məqsədi, həmçinin, Azərbaycanda KİV-in durumu və KİVDF-nin fəaliyyəti barədə
məlumat verib. Vüqar Səfərli Rusiya–Azərbaycan
media qurumlarının sıx təmaslarının
qurulmasının hər iki ölkənin maraqlarına xidmət
etdiyini vurğulayıb.
Pyotr
Fyodorov qonaqları salamlayaraq, Azərbaycan KİV təmsilçilərinin
Rusiya Federasiyasına səfərini, Rusiya KİV-ləri ilə
əməkdaşlıq əlaqələrini möhkəmləndirmək
təşəbbüslərini yüksək qiymətləndirdiyini
bildirib.
Nümayəndə
heyəti üzvləri Rusiyanın Dövlət Teleradio
Şirkətinin xəbərlərində Azərbaycan barədə
informasiyaların və
ayrı-ayrı proqramlarında
Azərbaycan barədə müzakirələrin daha effektiv
olması üçün təkliflərini səsləndiriblər.
Pyotr Fyodorov təklifləri qəbul etdiyini bildirib.
Razılığa gəlinib ki, şirkətin təşkil
etdiyi proqramlarda Azərbaycan tərəfindən
ekspertlərə istinadlar edilsin, onlarla əməkdaşlıq
gücləndirilsin.
Nümayəndə
heyətinin növbəti görüşü “Rossiya
seqodnya” Beynəlxalq
İnformasiya Agentliyində keçirilib. Azərbaycan KİV təmsilçiləri
öncə agentiliyin iş şəraiti ilə tanış
olublar. Daha sonra agentliyin baş
direktoru Dmitriy Kiselyovla görüş keçirilib. Kiselyov Azərbaycanın
öz müstəqilliyini möhkəmləndirmək yolunda
atdığı addımları diqqətlə müşahidə
etdiklərini və bu yolda Prezident İlham Əliyevin
yürütdüyü siyasəti təqdir etdiklərini diqqətə
çatdırıb. O, Azərbaycanın regionda
oynadığı rola, Rusiya ilə münasibətlərdə
sərgilədiyi mövqeyə diqqət çəkərək,
iki ölkənin münasibətlərinin daha da möhkəmlənməsində
KİV-lərin də üzərinə mühüm məsuliyyət
düşdüyünü, bu baxımdan Azərbaycan KİV təmsilçilərinin
Rusiya Federasiyasına səfərini, Rusiya KİV-ləri ilə
əməkdaşlıq əlaqələrini möhkəmləndirmək
təşəbbüslərini yüksək qiymətləndirdiyini
bildirib.
Səfər
proqramı davam edir.
Məlumat
üçün bildirək ki,
nümayəndə heyətinin tərkibinə Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli,
“Xalq qəzeti”nin baş redaktoru, KİVDF Müşahidə
şurasının sədri Həsən
Həsənov, “Trend”
İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, “İki sahil” qəzetinin baş
redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş
redaktoru Bəhruz Quliyev,
Jurnalistlərin Həmkarlar İttifaqının sədri,
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, “Bakı xəbər” qəzetinin
baş redaktoru Aydın Quliyev, “Bakinski raboçi” qəzetinin
baş redaktoru Rəhman Hacıyev, Azərbaycan Televiziya və
Radio Verilişləri QSC-nin sədr müavini Rəşad Nəsirov,
“AZƏRTAC” İnformasiya Agentliyinin redaksiya müdirinin
müavini Əziz Məmmədov,
“Novoye vremya” qəzetinin baş redaktoru Şakir
Ağayev, “Kaspiy” qəzetinin baş redaktoru İlqar
Hüseynov daxildir.
Xalq qəzeti.-2019.- 4 iyul.- S. 9.