Turizm universitetləri arasında memorandum imzalanıb

 

Azərbaycan Turizm Menecment Universitetində (ATMU) Azərbaycan Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev Özbəkistanın Baş Nazirinin müavini Əziz Abduxakimov arasında görüş keçirilib. Görüşdə tərəflər arasında turizm sektorunda görülən işlər, problemlər gələcək planlar müzakirə edilib.

Əziz Abduxakimov bildirib ki, Özbəkistan MDB ölkələr sırasında Gürcüstandan sonra vizasiz rejimə görə ikinci yerdə dayanır. Müavin, həmçinin təhlükəsizlik məsələlərinə toxunub. Qeyd edib ki, ölkəsinin dörd əsas şəhərində turistlərin təhlükəsizliyini təmin etmək məqsədilə turist polisi yaradılıb. Qonşu ölkələrlə problemləri olmadığını söyləyən Ə.Abduxakimov Özbəkistanın dünyanın təhlükəsiz ölkələri sırasında dayandığını vurğulayıb.

Fuad Nağıyev öz növbəsində Azərbaycanda turizm sektorunda görülən işlərdən danışıb. Qeyd edib ki, ötən ildən Turizm Agentliyi müstəqil qurum kimi fəaliyyətə başlayıb. Hazırda bu qurumun tabeçiliyində ATMU, Milli Kulinariya Mərkəzi, bir neçə tarixi məkan fəaliyyət göstərir. Həmçinin Avstriyanın turizmlə bağlı təhsil ocaqlarının birinin Bakıda açılması ilə bağlı danışıqlar aparılır. Ötən il ölkəyə iki milyondan artıq turist gəldiyini söyləyən F.Nağıyev təkYanardağDövlət Tarix-Mədəniyyət Təbiət Qoruğunu 20 min turistin ziyarət etdiyini bildirib. Qeyd olunub ki, prioritet turist axını olan ölkələr Rusiya, Gürcüstan İrandır.

ATMU-nun rektoru İlham Mədətov görüş iştirakçılarına universitetin fəaliyyət tarixi, tədris prosesi, beynəlxalq əlaqələri gələcəkdə həyata keçirilməsi planlaşdırılan işlər barəsində ətraflı məlumat verib. Görüş çərçivəsində Azərbaycan Turizm Menecment Universiteti Özbəkistan Respublikasında fəaliyyət göstərən Beynəlxalq İpək Yolu Turizm Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Z.BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2019.- 3 iyul.- S. 7.