UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası nominasiyaların təqdimatı ilə davam edir 

 

Bir sıra ölkələrin mədəni irs nümunələri UNESKO-nun siyahısına salınıb

 

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 6-da öz işini nominasiyaların təqdimatı ilə davam etdirir.

AZƏRTAC xəbər verir ki, tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev dünənki iclasda 8 nominasiyanın UNESKO-nun Dünya İrs Siyahısına salındığını xatırladıb. Əlavə edib ki, bu günyeni nominasiyalar sıyahıya daxil ediləcək. “Bizi qarşıda gərgin müzakirələr gözləyir”, - deyə nazir bildirib.

Sessiya öz işinə Bəhreynin Dilmun kurqanları ilə bağlı nominasiyanın müzakirəsi ilə başlayıb. Bildirilib ki, Dilmun çox əhəmiyyətli bir ticarət yolu idi. Özünün inkişaf mərhələsində Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanının ərazilərini əhatə edirdi.

Avstraliya, Çin, Küveytİspaniya nümayəndələri hazırlanmış faylı yüksək qiymətləndirib və Bəhreynin Dilmun kurqanları UNESKO-nun Dünya İrs Siyahısına salınıb.

Sonra Avstraliyanın Buc Bim mədəni landşaftı nominasiyası müzakirə edilib. Macarıstan, Çin, Norveç, İspaniya və digər üzv ölkələrin nümayəndələri 660 min il yaşı olan bu mədəni landşaftla bağlı hazırlanmış faylı yüksək dəyərləndiriblər və bu nominasiya UNESKO-nun siyahısına daxil edilib.

Növbəti müzakirə Cinin təqdim etdiyi Lyançju şəhərindəki arxeoloji qalıqlarla bağlı olub. Bildirilib ki, burada tapılan arxeoloji tapıntılar Çin sivilizasiyasının mənşəyini öyrənməyə yaxşı imkan yaradır. Üzv dövlətlər tərəfindən 5 min il yaşı olan Lyançju şəhərinin tarixi irsinin qorunmasının vacibliyi vurğulanıb. Müzakirələr nəticəsində qədim Çin sivilizasiyasının bu nümunəsi Dünya İrs Siyahısına salınıb.

Daha bir nominasiya Hindistanda yerləşən Caypur şəhəri ilə bağlı olub. Bu şəhər hindu sivilizasiyasının qalıqlarını özündə əks etdirir. Divarlarla əhatə olunmuş köhnə şəhərin memarlığında çəhrayı qum daşından çox istifadə edildiyi üçün Caypurçəhrayı şəhərkimi məşhurdur. Onun düzgün planlaşdırılması qədim Hind memarlığı ənənələrinin davamıdır.

Müzakirələrdən sonra Hindistanın Caypur şəhəri UNESKO-nun siyahısına daxil edilib.

İndoneziyadakı Savahlunto kömür mədəni ilə bağlı nominasiya müzakirə edilərkən bildirilib ki, bu, çox önəmli bir mədəni irsdir. Müzakirələrdən sonra mədən Dünya İrs Siyahısına salınıb.

Günün müzakirə olunan növbəti faylı isə YaponiyanınMozu-Furuichi Kofun Qrupu” (qədim məzarlıq) ilə bağlı olub. Kofun dövrünü əks etdirən bu məzarlıqlar yüksək sosial sinfin nümayəndələri, xüsusilə imperator ailəsinin üzvlərini dəfn etmək üçün yaradılıb. Bildirilib ki, bu məzarlıq yerli əhali tərəfindən 1500 ildir qorunmaqdadır. Yaponiyanın təqdim etdiyi nominasiya heç bir düzəliş edilmədən UNESKO-nun siyahısına salınıb.

Laos Xalq Demokratik Respublikasının təqdim etdiyi nominasiyaMegalittich Jar Sites of Xienghuangərazisi ilə bağlı olub. Məruzəçi düzəlişlə bağlı təklifin olmadığını bildirib ərazi irs siyahısına salınıb. Laosun nümayəndəsi siyahıya daxil edilən hər bir nümunənin ümumdünya mədəni irsinin bir parçası olduğunu bildirib. O, Azərbaycan dövlətinə təşəkkür edərək Bakı şəhərinin əsrarəngiz gözəlliyindən bəhs edib.

Günün ikinci yarısında sessiyada əvvəlcə ICOMOS MyanmanınBagannominasiyasını təqdim edib. Bildirilib ki, Myanmada yerləşən Bagan məbədi buddistlərin tarixi məkanıdır. Ərazidə 3595 abidə yerləşir. 1975-ci 2016-cı illərdəki zəlzələ nəticəsində buradakı bir neçə abidəyə zərər dəyib. Üzv ölkələrin fikirləri dinlənildikdən sonraBagannominasiyası UNESKO-nun Dünya İrs Siyahısına salınıb.

Sonra Koreya Respublikasının Seovon Akademiyası ilə bağlı nominasiya barədə geniş məlumat verilib. Bildirilib ki, bu akademiya XVI-XVII əsrlərdə fəaliyyət göstərib böyük tarixi ənənə yaradıb. Bu ənənə bu gün müasir təhsil sisteminin inkişafında mühüm rol oynayır. Akademiya müasir Konfutsi təhsil sisteminin formalaşmasına güclü təsir göstərib. Müzakirələrdən sonra Koreya Respublikasının təqdim etdiyi fayl UNESKO-nun siyahısına daxil edilib.

Müzakirəyə çıxarılan Avstriyanın “Alp dağları yolunominasiyası bəzi çatışmazlıqlar səbəbindən qəbul edilməyib. Üzv dövlətlərin nümayəndələri fayla bəzi dəyişikliklərin olmasını zəruri hesab edərək öz tövsiyələrini veriblər.

Sonra Avstriya, Almaniya, Macarıstan Slovakiyanın təqdim etdiyiQədim Roma sərhəd xəttifaylı müzakirə olunub. Bu fayl da bəzi nöqsanlar səbəbindən təsdiq edilməyib.

Kanadanın "Daşlar üzərində yazı" nominasiyasının müzakirələri zamanı bu ərazidə aborigen əhalinin adət-ənənələrinin qorunması ilə bağlı fikirlər səslənib. Çin, Tunis, Avstriya, Avstraliya bu nominasiyanı dəstəkləyib bu ərazidə qaradərili sakinlərin linqvistik hüquqlarının qorunmasına xidmət etdiyi vurğulanıb. Fayl qəbul edildikdən sonra ərazinin qaradərili icmasının nümayəndəsi nominasiya ilə bağlı əlavə addımların atılacağını diqqətə çatdırıb. O, ərazinin qədim mədəni irsinin gələcək nəsillərə çatdırılması üçün atılan bu addıma görə komitəyə minnətdarlığını bildirib.

Növbəti fayl Almaniya Çexiyanın birgə hazırladığı Erzgebirde Kruştohoni məbədi ilə bağlı olub. Bildirilib ki, 2004-cü ildə bu nominasiya müzakirəyə çıxarılsa da, sonradan geri götürülüb. Sonradan hər iki ölkənin ərazisini əhatə edən bu məbədlə bağlı geniş aparılıb. 800 ilə yaxın tarixi olan bu məbəddə ötən dövr ərzində böyük dəyişikliklər olub. 22 bölmədən ibarət bu nominasiya da müzakirə olunduqdan sonra qəbul edilib.

Çexiyanın təqdim etdiyi "Kladrubi Labem mərasim atlarının təlimi yerləşdirilməsi" nominasiyası barədə məlumatda bildirilib ki, bu, Habsburq imperiyasının XVI əsrə aid fermer təsərrüfatına aid bir fayldır. Bu ərazi Avropada atçılığın inkişafına öz təsirini göstərib. Müzakirələrdən sonra nominasiya qəbul edilib.

Sonra Almaniyanın hazırladığıAuqsburq su idarəetmə sisteminominasiyası müzakirəyə çıxarılıb. Yeddi əsrdən çoxdur ki, bu sistemdən istifadə edildiyi bildirilib. Fayl 22 elementdən ibarətdir. İkinci Dünya müharibəsi zamanı sistemə müəyyən zərər dəysə , sonrada bərpa edilib. Müzakirələrdən sonra Almaniyanın təqdim etdiyi fayl UNESKO-nun Dünya İrs Siyahısına salınıb.

Polşanın "Krzemionki qədim tarix mədən regionu" nominasiyasının müzakirəsində ICOMOS-un verdiyi tövsiyələr dinlənilib. 78 hektar ərazini əhatə edən mədən sistemi tarixi baxımdan da əhəmiyyətli hesab olunub. Polşanın nominasiyası ilə əlaqədar üzv ölkələrin əlavələri, tövsiyələri dinlənilib. Müzakirələrdən sonra fayl qəbul edilib.

Sessiya işini iyulun 7-də davam etdirəcək.

 

Azərbaycan.- 2019.-7 iyul.- S.3.