Ümumdünya İrs Komitəsinin Bakı sessiyası çərçivəsində növbəti panel iclaslar təşkil edilib

 

İyulun 6-da UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində növbəti panel iclaslar təşkil edilib.

AZƏRTAC xəbər verir ki, ilk iclas Afrika qitəsi üzrə dünya irs nümunələrinin nominasiyalarının hazırlanması mövzusuna həsr olunub. İclasda Ümumdünya İrs Mərkəzinin ekspertləri, Afrika Dünya İrs Fondunun əməkdaşları, Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) və Çinin UNESKO üzrə Milli Komissiyasının nümayəndələri, Sinxua Universitetinin Milli İrs Mərkəzinin üzvləri iştirak ediblər.

Müzakirə olunan mövzuda çıxış edənlər qitənin bəşər sivilizasiyasının ilkin dövrünə aid zəngin mədəni irs nümunələrinə malik olduğunu qeyd ediblər. Bildiriblər ki, nominasiya prosesi zamanı mədəni irs nümunələrinin mühafizəsi səviyyəsinin qiymətləndirilməsi mühüm rol oynayır.

Astronomiyatexnologiya elmi irsi üzrə tematik təşəbbüsün icrasına həsr olunmuş növbəti iclasda Böyük Britaniyaİspaniya ekspertlərinin ən yaxşı təcrübələrinə dair təqdimat nümayiş etdirilib.

Sonra aerokosmik, astronomikkosmik texnoloji elmi irsin qorunub saxlanılması, eləcə də 2018-ci ildə Londonda elmtexnologiya üzrə işçi qrupun tövsiyələrindən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Plenar iclaslar müzakirələrlə davam edib.

 

Azərbaycan.- 2019.-7 iyul.- S.3.