Azərbaycan diplomatiyası: bir əsrlik inkişaf yolu 

 

Biz o kəsləri dahi adlandırırıq ki, onlar sıradan təqvim gününü, normativ statistikanı tarixə, salnaməyə çevirməyi bacarırlar. Bir neçə gündən sonra hakimiyyətə gəlişinin yarım əsrlik tarixçəsini qeyd edəcəyimiz ulu öndər Heydər Əliyev məhz bu cür nadir insanlardan idi. Lakin ulu öndərin böyüklüyü həm onda idi ki, milli yaddaş, milli təfəkkür, milli dövlətçilik ərkanı ilə bağlı taleyüklü məsələlərdə bir varislik əlaqəsi yarada bilmişdi ki, həmin qiymətli irsin, mirasın davamçısı cənab Prezident İlham Əliyevdir.

Məhz Azərbaycan Prezidenti İlham Əliyev özünün 16 may 2017-ci il tarixliAzərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqındaSərəncamı ilə 2018-ci iliCümhuriyyət ilielan etdi.

Azərbaycanın ilk müstəqil dövləti 1918-ci ildə quruldu.

Bununla bağlı ümummilli liderimiz deyirdi: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə o illər ərəfəsində – XIX əsrin sonunda XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır”.

Bəli, müsəlman Şərqində ilk demokratik dövləti quran babalarımız vətəndaşlıq şücaəti ilə yaranmış yazılmış şərəfli bir tarixi obyektiv səbəblər üzündən 23 ay yaşada bildilər.

Tədqiqatçılar hesablayıblar ki, Xalq Cümhuriyyəti mövcud olduğu qısa bir zaman içində 350 ilkə imza atmışdır. Onların arasında elələri vardı ki, 70 illik sovet hakimiyyəti belə millətin dövlətçilik yaddaşından silib ata bilmədibayrağımız, himnimiz, gerbimiz. İlk parlament, dövlət aparatı, sərhədlərimiz... onlardan da əvvəlİstiqlal Bəyannaməsi”.

Həmin ilklərdən biri müstəqil dövlətin xarici siyasət xidmətinin yaradılması ilə bağlı olmuşdur. 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Hökuməti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat qəbul etmişdir. məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamına uyğun olaraq həmin tarix Azərbaycanın diplomatik xidmət orqanlarının işçiləri gününün təsis olunmasının əsasını təşkil edib.

Diplomatik xidmət orqanları rəhbərlərinin növbəti müşavirəsi məhz ölkəmizdə diplomatik xidmətin 100 illiyi kimi əlamətdar bir vaxtda keçirilir.

Bir qədər tarixə ekskurs edərək söyləyək ki, kifayət qədər mürəkkəb siyasi şəraitdə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk gündən xarici siyasət məsələlərinə həssaslıqla yanaşmış, gənc müstəqil respublikanın beynəlxalq miqyasda tanıdılması, milli həqiqətlərin dünyaya çatdırılması, eləcə qonşu region dövlətləri ilə diplomatik münasibətlərin formalaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilmişdir.

Bu hədəflərin reallaşdırılması üçün Cümhuriyyətin bütün yeni yaradılmış hökumət kabinetlərində xarici siyasət idarəsinin fəaliyyətinə xüsusi yer verilir, onun hərtərəfli təchizatı diqqət mərkəzində saxlanılırdı. Həmin dövrdə xarici siyasət idarəsinə diplomatiya sahəsində səriştəsi olan Fətəli xan Xoyski, Məmmədhəsən Hacınski, Məmməd Yusif Cəfərov, Adil xan ­Ziyadxanlı kimi şəxsiyyətlərin rəhbərlik etməsi bunu bir daha təsdiqləyir. Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakı da Xalq Cümhuriyyətinin xarici siyasətində ən mühüm hadisələrdən biri kimi tarixiləşmişdir.

Azərbaycanın yeni reallıqlar şəraitində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş cənab Prezident tərəfindən daha böyük uğurla davam etdirilən xarici siyasəti belə bir köklü-şaxəli, eyni zamanda, nəzəri-konseptual irsə söykənir.

XXI yüzillik bəşər tarixinə yeni siyasi mühit, yeni geosiyasi prioritetlər, beynəlxalq güc mərkəzlərinin yeni nizamı beynəlxalq münasibətlərin fərqli konfiqurasiyası ilə daxil oldu. qədər dünyəviləşsək, demokratikləşsək dünyanın siyasi düzənini müəyyənləşdirən güc inhisarçılarının ikili standartları təşviq edən siyasətinə daha tez-tez rast gəlirik. Belə bir şəraitdə Azərbaycanın gənc müstəqil dövlət kimi düzgün hesablanmış, dəqiq təkmil konsepsiyaya əsaslanan milli xarici siyasi kurs yeritməsi müstəsna əhəmiyyətə malikdir.

Ölkəmizin xarici siyasət kursunun söykəndiyi effektiv dəyərlər sistemi mövcuddur. Özünün ən müxtəlif səviyyəli çıxışlarında cənab ­Prezident Azərbaycanın xarici siyasətini mükəmməl bir konsepsiya kimi təqdim eləyir; həm ölkə, həm dünya ictimaiyyətinə. O, həmişə deyir ki, baxmayaraq ki, biz dünyəvi dövlət qururuq, amma biz öz kökümüz üzərində dövlət qururuq. Milli-mənəvi dəyərlərimizdən, qədim zəngin dövlətçilik irsimizdən, müasir potensialımızdan qidalanan, eyni zamanda, sivil bəşəriyyətə xas olan mütərəqqi keyfiyyətləri sıyırıb özündə ehtiva edən bir dövlət qururuq. Məhz belə bir münbit əməkdaşlığa arxalanan xarici siyasət dövlətin milli təhlükəsizliyini, suverenliyini müstəqilliyini qorumağa qadirdir.

Müstəqil xarici siyasət yeridən, milli təhlükəsizliyi təmin etmək üçün hücumçu diplomatiyaya üstünlük verən Azərbaycan hakimiyyəti daxili potensialına resurslarına, ən başlıcası, xalqın dəstəyinə güvənir.

Cənab Prezidentin ifadə etdiyi kimi, bu daxili amillər, yəni iqtisadi gücümüz, dünyada artan nüfuzumuz bizə imkan verir ki, bundan sonra da prinsipial xarici siyasət xətti yeridək. Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş etibarlı dost kimi təqdim edə bilmişdir.

Hesab edirik ki, diplomatik xidmət orqanlarının nümayəndələri bundan sonra da xarici siyasətimizin taleyüklü məsələlərinin həllində səylərini əsirgəməyəcəklər.

Bu gün xarici siyasətimizin əsas prioriteti Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycan həqiqətlərinin dünyaya daha israrlı, iddialı qətiyyətli şəkildə çatdırılmasıdır.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli limiti tükənməyib. Bu birmənalıdır, qətidir. Müharibələr tarixi göstərir ki, bütün müharibələrin taleyi danışıq masaları arxasında həll olunur. Xalq həmişə sülh təkamül yolunu seçir. Dövlət başçıları, liderlər özlərində iradə, səbat, müdriklik tapmalıdırlar ki, bu yola daha tez yetişməyin üsul vasitələrini işləyib hazırlasınlar.

Biz, həmişə vurğuladığımız kimi, bu münaqişənin həllini birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində görürük. Prezidentimizin ifadə etdiyi kimi, istədiyimiz odur ki, Ermənistan rəhbərliyi, nəhayət, qəflət yuxusundan ayılıb regionda gedən prosesləri düzgün qiymətləndirsin, ərazi iddialarından əl çəksin, onu hansı aqibətin gözlədiyini soyuq mühakimə ilə təhlil etsin. Problemlə bağlı dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların mövqeyi birmənalıdır. Beynəlxalq hüququn ümumtanınmış norma prinsipləri Azərbaycanın öz torpaqları üzərində suveren hüquqlarını təsbit edir.

Birmənalıdır ki, uğurlu xarici siyasətin təməlini qüdrətli iqtisadiyyat təşkil edir. Ölkəmizin iştirakçısı təşəbbüskarı olduğu müxtəlif beynəlxalq layihələr geniş regional əməkdaşlıq üçün möhkəm əsas yaradır. Biz nəqliyyat infrastrukturunadəniz limanları, dəmir yolları, hava limanları magistral yollara böyük sərmayə yatırmaqla əlverişli coğrafi mövqeyimizi real nəqliyyat imkanlarına çevirmişik. Bu gün Azərbaycan Şərq-Qərb Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi vacib tranzit ölkəyə çevrilib. 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiya Avropa arasında vacib logistik bağlantıdır. Bütün bunlar həm beynəlxalq əməkdaşlıq formatını yaradır, xalqları ölkələri bir-birinə bağlayır, sülh sabitliyə xidmət edir, həm xarici siyasi əlaqələrin məhsuldar məcraya yönəlməsində təkanverici rol oynayır.

Fürsətdən istifadə edib, xarici siyasət sahəsində çalışan bütün şəxsləri diplomatik xidmət orqanlarının yaradılmasının 100-cü ildönümü münasibətilə ürəkdən təbrik edir, güclü, qüdrətli müstəqil Azərbaycan uğrunda gələcək işlərdə uğurlar arzulayırıq!

 

Xalq qəzeti.- 2019.- 10 iyul.- S.4.