Bakıda “Jara-2019” festivalı başlayıb

 

İyulun 25-də Xəzər dənizinin sahilindəki ən gözəl istirahət mərkəzlərinin birində keçiriləcəkJara 2019” Dördüncü Beynəlxalq Musiqi Festivalının açılışı olub.

Festivalın ilk günüdə Filipp Kirkorov, A’Studio, Vera Brejneva, Bosson, Rita Dakota, Dmitri Matatov, Mozgi, Qlyuk’oza, Nikolay Baskov, Kristina Orbakayte, Burito, Emin Ağalarov, Elina Çaqa, Zivert, Aleksandr Panayotov, Slava, Qriqori Leps, Ani Lopak, Lolita, Sergey Lazarev, Albina Canabaeva, Maks Barskix, Olqa Buzova, Alessandro Safina, Mişa Romanova, Çingiz Mustafayev, Zülfiyə Xanbabayeva, Artik & Asti, MONATIK, Vremya & Steklo qrupları başqaları çıxış ediblər.

İfaçılar öz repertuarlarında hit mahnıları səsləndiriblər. Festivalın birinci günündə Yana Çurikova aparıcılıq edib.

Estrada ulduzları ifalarından sonra festival haqqında təəssüratlarını bölüşüb, burada çıxış etməkdən məmnun olduqlarını bildiriblər.

Qeyd edək ki, festivalın təşkilatçıları müğənni bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun Qızıl qrammofonmükafatının təsisçisi Sergey Kojevnikovdur.

 

AZƏRTAC

 

Xalq qəzeti.- 2019.-27 iyul.- S.3.