Bakı həqiqətən çox gözəldir

 

JARA Beynəlxalq Musiqi Festivalına qatılan "Na-Na" qrupu Bakı ilə bağlı təəssüratlarını bölüşüb.

Qrup üzvləri Bakıda bir neçə dəfə olduqlarını bildiriblər: "Sonuncu dəfə bura gələndən sonra Bakı çox dəyişib, daha da gözəlləşib, heç tanımaq mümkün deyil. Şəhərdə infrastruktur çox yaxşı inkişaf edib, paytaxtınız çox moderndir. Gecə isə tamam başqa cür gözəl olur, şəhər işıqların içində bərq vurur. Çoxlu şəkil çəkdirmişik. Bakı həqiqətən çox gözəldir, doymaq olmur".

 

Xalq qəzeti.- 2019.-30 iyul.- S.4.