Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir

 

Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır

 

Böyük Ermənistansərsəm separatçı xülyasını gerçəkləşdirmək üçün ­böyük güclərinvassalı”na çevrilmiş qonşu ölkənin rəhbərliyi onunla birlikdəDağlıq Qarabağ cütü”nə qoşulmuş Xankəndi rejimi – “vassalın vassalıdibsiz bir quyuya salınmağın, yaxud qaldırmaq istədikləri ağır dəyirman daşınının altına düşüb çıxa bilməməyin fərqində deyil.

30 ildən artıqdır ki, oyuna salınmış, qurtulmağa gücü çatmayan bir bataqlıqda olub-qalan hər şeyini itirməkdə olan erməni xalqı nicat gözləyir. Aşkarca görünür ki, Azərbaycandan qoparılıb Ermənistanın nəzarətinə verilmiş Dağlıq Qarabağ işğal yolu ilə ələ keçirilsə də, onu “həzm etmək”, hüquqi baxımdan erməni siyasi qurumu kimi tanıtmaq qətyiyyən mümkün deyil. Belə olanda, sivil düşüncəyə uyğun olaraq, ziyanın yarısından da olsa, geriyə qayıtmaq olmazdımı?

Əslində, erməni xalqı “Qarabağ oyununun uzun dövrəsi uğursuz şəkildə qapananda bu zərurət qarşısında qaldı. “Qarabağ zəfəri”nin səhra komandirləri olmuş KoçaryanSarkisyan cütlüyünün formalaşdırdığı Ermənistan xuntası bu çıxılmazlığın nəticəsi və ilkin cəzası olaraq iflas etsə də, siyasi oyunun kənardakı təşkilatçıları “Qarabağ tamaşası”nın bitməsinə imkan verməyib, onun yeni səhnələrini yazmağa başladılar. İndi erməni xalqı “Qarabağ uğursuzluğuna bais olmuş hərbi-siyasi qüvvələri ittiham etsə də, onun düşüncəsi yeni oyunların tozanağı ilə yenidən dumanlandırılır. Hadisələr başlanğıcda olduğu kimi, yenidən Qarabağ avantürasına yönləndirilir.

“Dağlıq Qarabağ klanı”ndan üz döndərib çıxış yolu axtaran, ümidlərini qərbpərəst Nikol Paşinyan iqtidarına bağlayan erməni xalqı nicat yolunun köhnə rejimin Xankəndi əlaltılarının da aradan götürülməsindən keçdiyinə inandırılır. Devrilmiş Koçaryan-- Sarkisyan rejiminin tör-töküntüləri erməni cəmiyyətini Paşinyanın qanlar bahasına qazanılmış “Qarabağ qələbəsi”ni heçə endirəcəyi ilə qorxudur. Hakimiyyətini möhkəmləndirmək istəyən Nikol Paşinyan, istər-istəməz, “Qarabağ uğrunda sonacan mübarizə” görüntüsü yaratmağa çalışır. Ortada isə əvvəlki rejimə sadiq olan “Xankəndi qalası” durur. Paşinyan növbəti ümidiniQarabağ klanı”nın ilkson istinadgahı olan Xankəndini də fəth etməyə və orada öz vassalını əyləşdirməyə bağlayır.

Dağlıq Qarabağ danışıqlarında erməni icmasını tərəf kimi tanıtmaq Kremldə və Avrasiya İttifaqında rəğbət qazanmaq, Qərbdən maddi dəstək almaq cəhdləri puça çıxan Nikol Paşinyan geriyə dönmək ümidlərini itirməyən “Qarabağ klanı”nı sonadək sıradan çıxartmaq, növbəti dönəmdə də erməni xalqını “Qarabağ qələbəsi” ilə aldatmaq üçün bütün imkanlarını səfərbərliyə alıb.

Qarabağ klanı ilə gərgin münasibətlərdə olan baş nazir Nikol Paşinyan separatçı quruma öz adamını təyin etmək istəyir. Onun bunun üçün seçdiyi namizəd isə Ermənistan ordusunun baş hərbi inspektoru Movses Akopyandır. Uzun illər qondarma Qarabağ rejimində “hərbi nazirpostunu tutan Akopyan Paşinyan komandasına yaxınlığı ilə tanınır. Qarabağ separatçılarının hazırkı lideri Bako Saakyan isə 2020-ci ildə keçiriləcək “prezident seçkiləri”nə qatılmayacağını bildirməyə məcbur edilib.

Erməni toplumunun diqqətini siyasi proseslərdən yayındırmaq üçün Paşinyan iqtidarı cəbhədə təxribatları artırır, Xankəndidə yeni seçkilərə hazırlığa rəvac verir. Dağlıq Qarabağda yüz dəfə saxtaseçki keçirilib qondarma rejimə başçı seçilsə də” dünyada heç bir ölkə və beynəlxalq qurum ikinci erməni dövlətini illərdən bəri olduğu kimi, qəbul etməyəcək. Ermənilərin başını hansısa ölkənin əyalətləri ilə Xankəndi arasında “dostluq əlaqəsi, qardaşlaşmayaratmaqla qatanların isə aqibəti KoçaryanSarkisyandan yaxşı olmayacaq.

Ermənistan mediasının özünün yaydığı son məlumatlar ölkədə vəziyyətin gündən-günə, hədsiz dərəcədə pisləşdiyindən xəbər verir. İrəvanda və Xankəndidə sabaha ümidsizlik son həddə çatıb. Atəşkəs şəraitində orduda itkilər və başıpozuqluq artıb: 6 ayda 29 hərbçi itirilib, əsgər-zabit münasibətləri kəskinləşib. Əhali bütün mümkün yollarla xaricə qaçır, gündəlik ehtiyac ailələri dağıdır. Ölkənin genefondu durmadan aşınır. Ermənistan polisinin qərargah rəisi, polkovnik Armen Qukasyan jurnalistlərə açıqlamasında bildirib ki, 2018-ci ilin 6 ayında 11 min 243 cinayət işi qeydə alınıb, bu ilin 6 ayında isə onların sayı 12 min 250 təşkil edir. Bunun əsas səbəbi quldurluq hallarının artmasıdır.

Bugünlərdə ölkənin ağır durumu ilə bağlı yerli KİV-də müxtəlif səpkili yazılar çoxalıb. Yayılan son məlumatdan bəlli olur ki, ölkənin baş naziri Nikol Paşinyan ötənilki “məxməri inqilabdan sonra ilk dəfə məzuniyyətə çıxıb. Ancaq belə görünür ki, bu məzuniyyəti onun burnundan gətirəcəklər. Çünki ölkədə daxili ictimai-siyasisosial vəziyyət olduqca gərgindir.

Medianın xəbər və şərhlərində qeyd edilir ki, inqilabrejim dəyişikliyi erməni əhalinin güzəranını əsla yaxşıya dəyişməyib. Narazı əhalinin hökumət əleyhinə etirazları get-gedə artır. “Jamanak” qəzetinin yaydığı məlumatdan aydın olur ki, etirazlardan ən böyüyü bugünlərdə Paşinyanın ata yurdunda-- İcevanda qeydə alınıb. Koçaryanı qan tökməkdə ittiham edən Paşinyanın rəhbərliyi dövründə ilk dəfə burada dinc əhalinin qanı tökülüb, həbslər həyata keçirilib.

Xatırladaq ki, az öncə İcevanda taxta-şalban sexlərinin işçiləri N.Paşinyanın meşədə ağac kəsilməsinin tam dayandırılması qərarına etiraz olaraq aksiya keçirmişdilər. Bu sexlər yerli əhalinin əsas gəlir mənbəyi sayılır. İcevanda baş verən bu toqquşmadan sonra Nikol Paşinyan qohumlarının mühafizəsini gücləndirib, valideynlərinin evinin qarşısında polis postu qoydurub.

Hayastani Hanrapetutyun” qəzetinin məlumatında isə bildirilib ki, Ermənistanda əhalinin sayı sürətlə azalır. Son bir ildə Ermənistanın 5 bölgəsində əhalinin təbii artımı zəifləyib, ancaq bir bölgədə – Lori rayonunda cüzi artım müşahidə olunub. Bu bölgələrdə ölüm halları artımdan daha yüksəkdir. Əhalinin sayının azalmasının səbəblərini üzə çıxarmaq üçün baş nazirin göstərişi ilə araşdırmalar aparılır. Araşdırmaların ilkin nəticələrinə görə, əhalinin sayının azalmasının yeganə səbəbi ölüm hallarının artması deyil. Keçən ilin rəsmi məlumatları isə tamam fərqli mənzərəni ortaya çıxarıb, ölüm halları artımdan 90 faiz çox olub.

Ermənistanın işğalçı ordusunda da vəziyyət ağır olaraq qalır. Ordu sistemində hökm sürən başıpozuqluq, nizamnamə pozuntuları, korrupsiyabütün bunların nəticəsi olaraq əsgər ölümləri davam edir. Bir neçə gün əvvəl işğal altındakı Dağlıq Qarabağda daha bir hərbçi-- 19 yaşlı əsgər Volodya Qaloyan “naməlum səbəblərdən” dünyasını dəyişib. Ondan bir neçə gün qabaq isə Ermənistan ordusunda ailənin tək övladı olan əsgər intihar eləmişdi.

Hayastani Hanrapetutyun” qəzetinin həmin şərhində ordudakı itkilərin səbəbi keçmiş rejimlə, Qarabağ klanı ilə deyil, birbaşa indiki hökumətin səriştəsiz siyasəti, verdiyi vədləri gerçəkləşdirməməsi ilə əlaqələndirilir, onun ayağına yazılır: Biz dəqiq statistikaya malik deyilik, amma aydındır ki, orduda düşmən gülləsindən olan itkilər nizamnamə pozuntuları nəticəsində baş verən ölümlərdən müqayisəyə gəlməz dərəcədə azdır. İnqilab bu kədərli statistikanı da dəyişmədi. İnqilaba qədər kriminal-oliqarxik sistem həqiqi mənada ordu üçün mühüm önəm daşıyan arxa cəbhəni tam bərbad günə qoymuşdu. Nəticədə, dövlət üçün faciəvi hallar, korrupsiya silahlı qüvvələrə də keçmişdi. Aprel müharibəsini bizim ordumuz bütün mənalarda taqətdən düşmüş vəziyyətdə qarşıladı və əgər əsgər və zabitlərin şəxsi şücaəti olmasaydı, bu hərbi toqquşmanın sonunun necə olacağını təsəvvür eləmək çətin deyildi”.

Qəzet açıqca bildirib ki, orduda geridönməz insan itkilərinə gətirən korrupsiyanın, özbaşınalığın kökünü kəsəcək sistemli islahatlar aparılmadıqca cəmiyyətdə orduya inam olmayacaq. Məğlubedilməz və səriştəsiz komandir, korrupsiya təhlükələri proqnozlaşdırıla bilən düşməndən daha dəhşətli və dağıdıcıdır.

Hayastani Hanrapetutyunsonda yazır: “Ermənistanda “məxməri inqilabsiyasi meydanda çoxdan kök salmış siyasətçilərə qarşı cəmiyyətin kəskin etirazı idi. Ancaq biz siyasi meydanın ölkəni ağır vəziyyətə salanlardan tam təmizlənməsinin axır ki, şahidi olmadıq. Biz həmçinin islahatları görmədik, ölkə rəhbərliyinin dəqiq gündəmini, xüsusən də xarici siyasətlə bağlı dəqiq kursunu görmədik. Bunun əvəzində isə nizamsızlıq və tərəddüdlər, isterik bəyanatlar, bir ifratdan başqa ifrata yuvarlanma, Putin Rusiyası ilə nəticəsiz oyunları görürük. Bütün bunlar üstəlik, korrupsiyanın məğlubedilməzliyi fonunda baş verir. Belə olan surətdə cəmiyyətdə siyasətçilərə qarşı ikrah hissinin güclənməsinə təəccüblənməyə dəyərmi? Dəyməz”.

Elə buradaca xatırladaq ki, “Global firepower” təşkilatı bugünlərdə 2019-cu ilin ən güclü ordularının siyahısını açıqlayıb. Sorğunun nəticəsinə görə, Azərbaycan Ordusu siyahıda ötən illə müqayisədə bir pillə irəliləyərək 137 ölkə arasında 52-ci yerə yüksəlib. Bu barədə yayılan məlumatda bildirilir ki, siyahıda birinci yeri ABŞ, ikinci yeri Rusiya tutur. İlk üçlüyü Çin ordusu tamamlayır. Türkiyə siyahıda doqquzuncu, İran 14, Gürcüstan isə 85-cidir. Ermənistan yeni reytinqdə 12 pillə geriləyərək 96-cı yerdə qərarlaşıb.

Beləliklə, Cənubi Qafqazın ən güclü ordusu Azərbaycana məxsusdur. Bu isə o deməkdir ki, Azərbaycan istənilən vaxt torpaqlarını Ermənistanın işğalından azad etməyə qadirdir, sadəcə, qan tökülməməsi naminə səbr və təmkin nümayiş etdirərək danışıqların nəticəsini gözləyir.

Ölkədəki yeni gərginliyin artdığı dövrdə Nikol Paşinyan hakimiyyəti Qarabağ uğrunda mübarizə ardıcıllığını sübuta yetirmək üçün işğal olunmuş ərazilərə yeni yollar çəkir, Xankəndi rejimi isə özünü qorumaq üçün İrəvanı bu yolları kəsəcəyi ilə hədələyir. Bugünlərdə Xankəndidəki separatçı rejimin keçmiş “müdafiə naziriSamvel Babayanla onun Qarabağdakı “prezident seçkisi” rəqibləri arasındakı münasibətlər daha da gərginləşib. Ermənistanın gündəlik “Johovurd” qəzetinin yazdığına görə, Samvel Babayan separatçı rejimin rəhbər seçkisinə namizədliyi üçün imza toplayan tərəfdarlarına mane olacağı təqdirdə komanda yoldaşlarının köməyi ilə Ermənistandan Qarabağa aparan yolları bağlamağı planlaşdırır. Qondarma rejim nümayəndələri bu durumu bilir və qarşısını almaq üçün mümkün olan hər şeyi edirlər.

Samvel Babayanın tərəfdarlarından olan Ermənistan müdafiə nazirinin keçmiş müavini Qagik MelkonyanJohovurd” qəzetinin əməkdaşına bildirib: “Bako Saakyan hakimiyyətinin sonu gəldi. Ortalıqda Ermənistanın bir nümunəsi var. “Artsaxbunu çox yaxşı görüb. İnsanlar ayağa qalxacaqrejimin üzərinə atılacaq. “Artsax” xalqı oradadır – orada heç kim oyun oynaya bilməz”. Əlavə olaraq bildirilir ki, Samvel Babayan Ermənistanın eks-prezidenti Robert Koçaryanla da yaxın münasibətdə olub. Bu günlərdə işğalçı ölkənin eks-prezidenti Serj Sərkisyanın da xaricdəki məzuniyyətindən dönərək Qarabağa yollanacağı haqda xəbərlər yayılıb.

Küçə diplomatiyasının lideri Nikol Paşinyan böyük errməni yalanına sədaqətini belə ifadə edir: “Bizim Qarabağı və Qarabağ xalqını təmsil etmək üçün mandatımız yoxdur, belə bir sadə səbəbə görə ki, QarabağQarabağ xalqı bizim seçkilərimizdə iştirak etmir. Onların öz hökuməti, öz parlamenti və danışıqlar aparan öz nümayəndələri var”.

Azərbaycan Prezidenti İlham Əliyevin isə illərdən bəri ən yüksək səviyyədə dünyaya bəyan etdiyi həqiqət belədir: Azərbaycan dövləti heç vaxt – dünən də, bu günöz ərazisində ikinci erməni dövləti yaradılmasına razı olmayıb və gələcəkdə də buna imkan verməyəcək.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bügünlərdə Ermənistan XİN mətbuat katibinin Ermənistan--Azərbaycan münaqişəsi ilə bağlı Paşinyan hakimiyyətinin qeyri-konstruktiv mövqeyi ilə bağlı bədnam açıqlamasını məhz xalqımızın və Prezident İlham Əliyevin bu qətiyyətindən irəli gələn arqumentlərlə cavablandırıb: “İlk növbədə nəzərə alınmalıdır ki, Ermənistan XİN mətbuat katibi tərəfindən qondarma “DQR” kimi təqdim edilən ərazi, bu gün Ermənistan Respublikasının silahlı qüvvələrinin hərbi işğalı altında olan, beynəlxalq aləm tərəfindən  tanınmış Azərbaycan əraziləridir. Bunu, BMT TŞ-nin qətnamələri və beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələri təsdiq edir. Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən hər hansı şəxsin birinci növbədə bu sənədlərlə tanış olması vacibdir”.

Azərbaycan XİN-in sözçüsü daha sonra qeyd edib ki, münaqişənin həlli üzrə aparılan danışıqlara Dağlıq Qarabağın erməni icmasının da daxil edilməsi məsələsi ilə bağlı dəfələrlə mövqeyimiz ən yüksək səviyyədə səsləndirilib: Bir daha təkrar etmək istərdik: danışıqlar münaqişənin birbaşa iştirakçıları – Ermənistan və Azərbaycan arasında aparılır, o ki qaldı Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarına, danışıqların müəyyən mərhələsində əsas tərəflərin razılığı ilə hər iki icmanın nümayəndələri prosesə cəlb oluna bilər. Bu haqda ATƏT-in qərarı ilə tanış olmaq istəyənləri təşkilatın 1992-ci il Helsinki qərarını oxumağa dəvət edirəm”.

L.Abdullayevanın sözlərinə görə, beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş əraziləri boşaldıqdan və bu ərazilərdə etnik təmizləməyə məruz qalaraq didərgin salınmış azərbaycanlılar öz evlərinə şərəflə geri qayıtdıqdan və Dağlıq Qarabağın hər iki icmasının birgə yaşayışı təmin olunduqdan sonra Dağlıq Qarabağın statusu məsələsinə baxıla bilər və bu barədə rəsmi Azərbaycanın mövqeyi bəllidir: “Təəssüflə qeyd etməliyəm ki, bu gün məhz işğalçı Ermənistan rəhbərliyi bir tərəfdən münaqişənin yalnız sülh yolu ilə həllindən danışıb, digər tərəfdən azərbaycanlı hərbi qulluqçuların məhv edilməsi əmrini verir. Sözdə sülhməramlı bəyanatlar verərək, əməldə qanunsuz hərbi işğalı davam etdirən və möhkəmləndirməyə çalışan Ermənistanın əsl niyyəti hamıya bəllidir. Ermənistan tərəfi ilk dəfə deyil ki, bu belə bəhanələrlə danışıqlarda irəliləyişin əldə edilməsinə maneçilik törədir”.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2019.-31 iyul.- S.4.