Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” 2001-ci il 2 avqust tarixli 132 nömrəli və “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 262   

Bakı şəhəri, 10 iyun 2019-cu il

 

“Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 mart tarixli 1012 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 8, maddə 555; 2005, ¹ 11, maddə 1065; 2006, ¹ 12, maddə 1161; 2007, ¹ 7, maddələr 737, 738; 2008, ¹ 1, maddə 36, ¹ 2, maddə 104, ¹ 6, maddələr 582, 584, 586, ¹ 7, maddələr 680, 681, 682; 2009, ¹ 7, maddə 609, ¹ 10, maddə 848; 2010, ¹ 6, maddə 566, ¹ 7, maddə 704, ¹ 8, maddə 760; 2012, ¹ 3, maddə 264, ¹ 6, maddə 636; 2013, ¹ 3, maddə 338, ¹ 4, maddə 440, ¹ 6, maddə 727, ¹ 10, maddələr 1201, 1213; 2014, ¹ 1, maddə 57, ¹ 5, maddə 586, ¹ 7, maddə 911; 2015, ¹ 4, maddələr 460, 480, ¹ 7, maddələr 887, 900, ¹ 10, maddə 1216; 2016, ¹ 5, maddə 956; 2018, ¹ 5, maddə 1123, ¹ 10, maddə 2144) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın “Memarlıq abidələri” bölməsinin “Səbail rayonu” hissəsinin “Abidənin adı” sütununda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 158-ci bəndə “Dövlət” sözündən sonra “Akademik” sözü əlavə edilsin;

1.2. 160-cı bənddə “Dövlət Musiqili Komediya” sözləri “Dövlət Akademik Musiqili” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 6, maddə 749; 2015, ¹ 3, maddələr 333, 338, ¹ 4, maddə 455, ¹ 6, maddə 801, ¹ 10, maddə 1220, ¹ 11, maddə 1425; 2016, ¹ 6, maddə 1195, ¹ 10, maddə 1731, ¹ 11, maddə 1944, ¹ 12, maddə 2243; 2017, ¹ 4, maddə 635, ¹ 11, maddə 2174; 2018, ¹ 6, maddə 1353, ¹ 9, maddə 1951) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “II. Təsərrüfathesablı qurumlar” bölməsinin “1. Teatr və konsert müəssisələri” hissəsinin 1.3-cü və 1.4-cü bəndlərinə “Dövlət” sözündən sonra “Akademik” sözü əlavə edilsin.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 12 iyun.- S.7.