Xalq artisti Mustafa Mərdanovun

125 illik yubileyi qeyd olunmuşdur 

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilmiş  mərasim Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlmişdi. Tədbirdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev iştirak etmişdir.

Teatrın direktoru, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək sənətkarın həyat yaradıcılığından danışmış, onun Azərbaycan teatrı kinosunun inkişafında xidmətlərinə nəzər salmışdır. Bildirmişdir ki, Mustafa Mərdanov 28 fevral 1894-cü ildə Cənubi Azərbaycanın Mərənd şəhərində anadan olub. Tiflis gimnaziyasında təhsil alıb. Şəhərin mədəni mühiti onun həyata baxışını formalaşdırıb, teatra böyük maraq oyadıb.

Buradakı müsəlman dram dərnəklərində ­1910-cu ildən çıxış edən Mustafa Mərdanov 1921–1922-ci illərdə Tiflis Azərbaycan Dram Teatrının direktoru vəzifəsində çalışıb.

1924-cü ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirərək Bakıya gəlib Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətini davam etdirib.

Qeyd olunmuşdur ki, yüksək aktyorluq texnikası, yumşaq yumor onun sənəti üçün xarakterik olan cizgilər idi.

Xalq artisti Hacı İsmayılov çıxış edərək görkəmli sənətkarın kinodakı uğurlarından söz açmışdır. Vurğulamışdır ki, 20-ci illərin  sonu, 30-cu illərin əvvəllərində çəkilən əksər filmlərdə bu aktyora rollar həvalə edilir o da səssiz kinonun imkanları daxilində öz personajlarına həyat verirdi. Qardaşı, kinorejissor Səməd MərdanovunKəndlilərfilmi aktyorun yaradıcılığında yeni bir hadisə idi.

Bu ekran əsərindən sonra 1940-cı ildəYeni horizont” (trest müdiri), 1941-ci ildəSəbuhi” (akademiya rəisi) filmlərində çəkilib. Aktyorun ən uğurlu rollarından biri “O olmasın, bu olsunfilmindəki “intelligent” Həsən bəy obrazı idi. Mustafa Mərdanov 12 dekabr 1968-ci ildə Bakıda vəfat edib.

Sənətkarın ailəsi adından çıxış edən qardaşı qızı Nuranə Mərdanova aktyorun xatirəsinə göstərilən ehtirama görə öz minnətdarlığını bildirmişdir.

Daha sonra Mustafa Mərdanovun rol aldığı filmlərdən fraqmentlər nümayiş olunmuşdur.

Tədbirdən sonra teatrın səhnəsində Mustafa Mərdanovun xatirəsinə həsr olunanMüfəttiştamaşası oynanılmışdır.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2019.- 2 mart.- S.15.