Mədəniyyətimizə yeni nəfəs verildi 

 

“Mən hələ də möhtərəm Prezidentin bir qrup mədəniyyət işçiləri ilə görüşünün təsiri altındayam. Dövlət başçımız bu görüşü ilə mədəniyyətimizə yeni nəfəs verdi.” Bu sözləri bizimlə söhbətində Xalq artisti Rafiq Əzimov dedi. Bildirdi ki, Prezident İlham Əliyev mədəniyyətimizin əsl himayədarıdır. Mən uzun illərdir ki, teatrda, kinoda çalışıram.

 

Prezident Azərbaycanın sənət adamlarına yüksək qayğı göstərir. Onların sosial vəziyyəti ildən-ilə yaxşılaşır. Görün, son illər nə qədər mədəniyyət və incəsənət xadiminə fəxri adlar, Prezident təqaüdü verilib, onlar mənzillərlə təmin olunublar.

Rafiq müəllim onu da əlavə etdi ki, bu qayğıdan mənə də pay düşüb. Prezidentin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuşam, Prezident təqaüdçüsüyəm.

Milli Teatr Günü ərəfəsində dövlət başçısı Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzaladı. Sərəncama əsasən, teatrlara vəsait ayrıldı. Bunlar hamısı onu deməyə əsas verir ki, ölkəmizdə mədəniyyət siyasəti yüksələn xətlə inkişaf edir.

Dövlət başçımız martın 11-də “Azərbaycan Respublikasında teatrkonsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqindadaha bir sərəncam imzalamışdır. Həmin sərəncamda bu sahədə çalışan işçilərin əməkhaqlarının 50 faiz artırılması nəzərdə tutulur.

Xalq artisti bildirdi ki, bu, sənət adamlarının məsuliyyətini artırır. Biz gərək cənab Prezidentin bu qayğısına yüksək yaradıcılıq uğurlarımızla cavab verək.

Azərbaycanın müstəqilliyi yolunda inamla fəaliyyət göstərən hörmətli Prezidentimizə uğurlar arzulayır və mədəniyyətə, incəsənətə belə yüksək qayğısına görə “Çox sağ olun!”, – deyirəm.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2019.- 13 mart.- S.4.