“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslarataksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

¹ 73   

Bakı şəhəri, 4 mart 2019-cu il

 

“Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma,

durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və

yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı

əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin

2018-ci il 6 iyul tarixli 181 nömrəli Fərmanının 4.1-ci bəndinin

icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının

Nazirlər Kabineti QƏRARA ALIR:

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara

və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma

fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə

mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi

minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblərtəsdiq

edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının

Baş naziri Novruz Məmmədov

 

Xalq qəzeti.- 2019.- 7 mart.- S.3.