Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı 

¹ 87 

  Bakı şəhəri, 12 mart 2019-cu il

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin strukturu” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin işçilərinin say həddi 42 vahid müəyyən edilsin.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 14 mart.- S.6.