“Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 oktyabr tarixli 443 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 91

  Bakı şəhəri, 14 mart 2019-cu il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 oktyabr tarixli 443 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 10, maddə 2158) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında “edilməsi haqqında” sözləri “edilməsi və “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 aprel tarixli 135 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” sözləri ilə əvəz edilsin.

2. 3.1.2-ci və 3.1.3-cü yarımbəndlər 3.1.3-cü və 3.1.4-cü yarımbəndlər hesab edilsin və aşağıdakı məzmunda 3.1.2-ci yarımbənd əlavə edilsin:

“3.1.2. icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi;”.

3. 3.2.2-ci yarımbənddən “icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və” sözləri çıxarılsın.

4. 5-ci hissədən “ilkin” sözü çıxarılsın.

5. 8-ci hissəyə “2-5-ci” sözlərindən sonra “, 6.2-6.3-cü” sözləri əlavə edilsin.

6. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsi” üzrə:

6.1. 1.2-ci bənddə “, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, əqli mülkiyyət sahəsində Azərbaycan Respublikasının qanunvericilik aktlarını, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsini, Azərbaycan Respublikasının” sözləri “və” sözü ilə əvəz edilsin;

6.2. 3.1.6-cı və 3.2.1-ci yarımbəndlərinə “müəlliflərin” sözündən əvvəl “əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların fəaliyyət göstərmədiyi sahələrdə” sözləri əlavə edilsin;

6.3. 3.1.18-ci və 3.2.16-cı yarımbəndlər ləğv edilsin;

6.4. aşağıdakı məzmunda 3.1.19-3.1.23-cü və 3.2.17-ci yarımbəndlər əlavə edilsin:

“3.1.19. Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.20. Mərkəzə ayrılan vəsaitdən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.21. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.22. Mərkəzin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.23. Mərkəzin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.2.17. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək.”;

6.5. 3.2.7-ci yarımbənddə və 5.4-cü bənddə “rüsum və haqlar” sözləri “dövlət rüsumunun və qanunvericiliklə müəyyən edilmiş haqların” sözləri ilə əvəz edilsin;

6.6. 4.16-cı bəndə “o cümlədən” sözündən sonra “(əsərin, əlaqəli hüquqlar obyektinin, məlumat toplusunun və inteqral sxem topologiyasının orijinallığının müəyyən edilməsi hallarında istisna olmaq)” sözləri əlavə edilsin;

6.7. 4.7.6-cı yarımbənddə “Agentliyə təkliflər verir” sözləri “qərar qəbul edir” sözləri ilə əvəz edilsin;

6.8. 5.1-ci bənddən “ilkin” sözü çıxarılsın;

6.9. 5.4-cü bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Mərkəzin xidmətlərinin qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.”;

6.10. 5.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.7. Mərkəzin saxlanılması xərcləri və fəaliyyəti Agentlik tərəfindən, eləcə də Mərkəzin fəaliyyətindən əldə edilmiş vəsait hesabına maliyyələşdirilir.”.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 17 mart.- S.12.