“Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 oktyabr tarixli 444 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 92

 Bakı şəhəri, 14 mart 2019-cu il

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 oktyabr tarixli 444 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 10, maddə 2159) aşağıdakı dəyişikliklər edilsin:

1. 6-cı hissədən “ilkinsözü çıxarılsın.

2. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Nizamnaməsi” üzrə:

2.1. 5.1-ci bənddən “ilkinsözü çıxarılsın;

2.2. 1.2-ci bənddə “, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, əqli mülkiyyət sahəsində Azərbaycan Respublikasının qanunvericilik aktlarını, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsini, Azərbaycan Respublikasının” sözləri “və” sözü ilə əvəz edilsin;

2.3. 2.2.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin;

“2.2.1. Agentliyə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barədə daxil olmuş iddia sənədlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada ekspertizasını aparmaq, müvafiq ekspert rəyi vermək, bu sahədə digər məsələləri qanunvericiliyə uyğun olaraq həyata keçirmək, o cümlədən patent müvəkkillərinin attestasiyasının aparılmasında müvafiq qaydada iştirak etmək;”;

2.4. 2.2.2-2.2.4-cü yarımbəndlər ləğv edilsin:

2.5. 3.1.20-ci və 3.2.16-cı yarımbəndlər ləğv edilsin və aşağıdakı məzmunda 3.1.21-3.1.25-ci və 3.2.17-ci yarımbəndlər əlavə edilsin:

“3.1.21. Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarına uyğun olaraq baxmaqqanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.22. Mərkəzə ayrılan vəsaitdən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.23. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.24. Mərkəzin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.25. Mərkəzin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.2.17. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək.”;

2.6. 3.2.7-ci yarımbənddə “rüsumhaqlar” sözləri, 5.4-cü bənddə “rüsum və haqqı” sözləri “dövlət rüsumunun və qanunvericiliklə müəyyən edilmiş haqların” sözləri ilə əvəz edilsin;

2.7. 4.7.7-ci yarımbənddə “Agentliyə təkliflər verir” sözləri “qərar qəbul edir” sözləri ilə əvəz edilsin;

2.8. 5.4-cü bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Mərkəzin xidmətlərinin qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.”;

2.9. 5.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.7. Mərkəzin saxlanılması xərcləri və fəaliyyəti Agentlik tərəfindən, eləcə də Mərkəzin fəaliyyətindən əldə edilmiş vəsait hesabına maliyyələşdirilir.”.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 17 mart.- S.12.