Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qaçqınların və məcburi köçkünlərin məsələləri ilə bağlı tədbirlər haqqında” 1993-cü il 15 yanvar tarixli 32 nömrəli, “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” 1994-cü il 10 may tarixli 185 nömrəli, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 1996-cı il 26 dekabr tarixli 186 nömrəli, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 289 nömrəli Fərmanının icrası haqqında” 2000-ci il 26 sentyabr tarixli 176 nömrəli qərarlarında dəyişikliklər edilməsi və “İşsizlik müavinətinin minimum məbləğinin təsdiq edilməsi barədə” 2001-ci il 30 oktyabr tarixli 173 nömrəli, “Əhalinin məşğulluğu baxımından üstün inkişaf etdirilən regionların müəyyən edilməsi barədə” 2002-ci il 15 fevral tarixli 28 nömrəli qərarlarının ləğv edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 97 

Bakı şəhəri, 14 mart 2019-cu il

 

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Qaçqınların və məcburi köçkünlərin məsələləri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 15 yanvar tarixli 32 nömrəli Qərarının 4-cü hissəsində “Azərbaycan Respublikasında əhalinin məşğulluğu haqqında” Qanunla müəyyən edilmiş qaydadaişsizstatusumüvafiq müavinət versin” sözləri “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada işsiz kimi qeydiyyata alsın və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və şərtlərlə işsizlikdən sığorta ödənişinin ödənilməsini təmin etsin” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram”ın 2-ci hissəsinin üçüncü abzasında “vətəndaşlar” sözü “və işə düzəlməkdə çətinlik çəkən şəxslər” sözləri ilə, “Azərbaycan Respublikasında Əhalinin Məşğulluğu haqqında Qanunun” sözləri “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2a bəndində aşağıdakı dəyişikliklər edilsin:

3.1. ikinci abzasda “təqaüd almaqla peşə hazırlığı, əlavə təhsilalanlar üçün təhsilin” sözləri “aktiv məşğulluq tədbirlərinə cəlb olunmuş şəxslər üçün aktiv məşğulluq tədbirlərinin” sözləri ilə, “göndərişi ilə bir yaşayış məntəqəsindən digərinə köçməklə işə” sözləri “təklifi ilə bir şəhər və (və ya) rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidindən digərinə işə” sözləri ilə əvəz edilsin;

3.2. üçüncü abzasda “peşə hazırlığına, əlavə təhsilə göndərilənlər üçün təlim keçdiyi peşənin adı göstərilməklə peşə hazırlığı, əlavə təhsili barədə, həmin orqanlar tərəfindən bir yaşayış məntəqəsindən digərinə köçməklə işə” sözləri “aktiv məşğulluq tədbirlərinə cəlb olunmuş şəxslər üçün aktiv məşğulluq tədbirlərinin adı göstərilməklə, aktiv məşğulluq tədbirləri barədə, həmin orqanın təklifi ilə bir şəhər və (və ya) rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidindən digərinə işə” sözləri ilə, “yaşayış məntəqəsinin” sözləri “şəhərin və (və ya) rayonun” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 sentyabr tarixli 176 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 9, maddə 702; 2006, ¹ 11, maddə 990) ilə təsdiq edilmiş “Qaçqın və məcburi köçkün qadınların münasib işlə təmin edilməsi Proqramı”nın 12-ci hissəsinin “Tədbirlər” sütununda “Əmək yarmarkalarının keçirilməsində, Əmək Birjası xidmətində” sözləri “Əmək birjalarında və əmək yarmarkalarında” sözləri ilə əvəz edilsin.

5. “İşsizlik müavinətinin minimum məbləğinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 30 oktyabr tarixli 173 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 10, maddə 667; 2002, ¹ 4, maddə 199; 2004, ¹ 6, maddə 501) ləğv edilsin.

6. “Əhalinin məşğulluğu baxımından üstün inkişaf etdirilən regionların müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 15 fevral tarixli 28 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 2, maddə 106; 2008, ¹ 6, maddə 584) ləğv edilsin.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 17 mart.- S.13.