Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində

təsərrüfathesablı Tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı

Kompleksinin Müdiriyyətinin ləğv edilməsi Azərbaycan

Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli

228 nömrəli Qərarı ilə təsdiq edilmişAzərbaycan Respublikası

İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki

qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN Q Ə R A RI

¹ 109

Bakı şəhəri, 18 mart 2019-cu il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin

səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının

Nazirlər Kabineti QƏRARA ALIR:

1. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin

tikintisi layihəsi çərçivəsində Azərbaycan Respublikası İqtisadiyyat

Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilən Bakı Beynəlxalq Dəniz

Ticarət Limanı Kompleksinin Müdiriyyəti qarşısında qoyulmuş

məqsədlərə nail olunduğunu nəzərə alaraq, Azərbaycan

Respublikasının dövlət büdcəsi vəsaitinə qənaət olunmasının təmin

edilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat

Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilən Bakı Beynəlxalq Dəniz

Ticarət Limanı Kompleksinin Müdiriyyəti ləğv edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30

noyabr tarixli 228 nömrəli Qərarı (Azərbaycan Respublikasının

Qanunvericilik Toplusu, 2010, ¹ 11, maddə 1055; 2013, ¹ 1,

2

maddə 75; 2014, ¹ 6, maddə 736; 2016, ¹ 5, maddə 955; 2017, ¹

4, maddə 651; 2018, ¹ 3, maddə 580, ¹ 10, maddələr 2142, 2167)

ilə təsdiq edilmişAzərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin

strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın

yeddinci abzası ləğv edilsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu

Qərardan irəli gələn məsələlərlə bağlı müvafiq tədbirlər görsün.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 20 mart.-S.10.