“Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 iyul tarixli 258 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 117  

 Bakı şəhəri, 19 mart 2019-cu il

 

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”də 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 415 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 iyul tarixli 258 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 7, maddə 889) ilə təsdiq edilmiş “Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması Qaydası”nın 2.1-ci (hər iki halda), 2.2-ci (hər iki halda), 2.3-cü, 3.2-ci və 3.4-cü bəndlərində ismin müvafiq hallarında “Maliyyə Nazirliyi” sözləri ismin müvafiq hallarında “Vergilər Nazirliyi” sözləri ilə əvəz edilsin.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 20 mart.- S.10.