Azərbaycan Respublikası Nazirlər KabinetininNotariat hərəkətlərinin qeydi üçün reyestrlərin, notariat şəhadətnamələrinin, əqdlərdə və təsdiq edilən sənədlərdə təsdiq qeydlərinin formalarının təsdiq edilməsi haqqında” 2000-ci il 23 avqust tarixli 148 nömrəli və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 131 

 Bakı şəhəri, 28 mart 2019-cu il

 

Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 15 noyabr tarixli 1334-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 noyabr tarixli 347 nömrəli Fərmanının 1.2-ci və 1.4-cü bəndlərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Notariat hərəkətlərinin qeydi üçün reyestrlərin, notariat şəhadətnamələrinin, əqdlərdə və təsdiq edilən sənədlərdə təsdiq qeydlərinin formalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 avqust tarixli 148 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8 (III kitab), maddə 652; 2005, ¹ 8, maddə 782, ¹ 12, maddə 1228; 2006, ¹ 2, maddə 203; 2008, ¹ 8, maddə 787; 2013, ¹ 5, maddə 577; 2014, ¹ 10, maddə 1314; 2016, ¹ 11, maddə 1936; 2018, ¹ 3, maddə 627; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 yanvar tarixli 25 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qərarla təsdiq edilmiş 17, 24 və 38 nömrəli formalar yeni redaksiyada təsdiq edilsin (əlavə olunur);

1.2. həmin Qərarla təsdiq edilmiş 27 nömrəli forma ləğv edilsin;

1.3. aşağıdakı məzmunda 17-1, 17-2, 24-1, 30-1, 35-2, 35-3 və 36-1 nömrəli formalar təsdiq edilsin (əlavə olunur);

1.4. həmin Qərarla təsdiq edilmiş 48 nömrəli formada “dövlət notariat kontorunun dövlət notariusu” sözləri “notariussözü ilə əvəz edilsin və 50 nömrəli formadan “dövlət və ya xüsusi” və “Dövlət və ya xüsusi” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 9, maddə 693; 2001, ¹ 11, maddə 722; 2002, ¹ 3, maddə 148, ¹ 7, maddə 455, ¹ 10, maddə 635; 2003, ¹ 10, maddə 629; 2005, ¹ 4, maddə 386, ¹ 6, maddə 534, ¹ 8, maddə 782, ¹ 10, maddə 977, ¹ 11, maddə 1061, ¹ 12, maddələr 1228, 1231; 2006, ¹ 3, maddə 297, ¹ 8, maddə 731, ¹ 9, maddə 830, ¹ 10, maddə 902, ¹ 11, maddə 994; 2008, ¹ 2, maddə 108, ¹ 4, maddə 316, ¹ 8, maddə 787; 2009, ¹ 2, maddə 148, ¹ 10, maddələr 846, 849, ¹ 12, maddə 1079; 2010, ¹ 6, maddə 555; 2011, ¹ 10, maddə 971; 2012, ¹ 3, maddə 263, ¹ 5, maddələr 489, 495, ¹ 7, maddə 777, ¹ 11, maddə 1206, ¹ 12, maddə 1354; 2013, ¹ 4, maddə 444, ¹ 5, maddə 578; 2014, ¹ 1, maddə 74, ¹ 5, maddələr 552, 589, ¹ 6, maddə 746, ¹ 8, maddə 1019, ¹ 12, maddə 1685; 2015, ¹ 12, maddə 1580; 2016, ¹ 3, maddə 611, ¹ 4, maddələr 777, 814, ¹ 6, maddə 1226, ¹ 8, maddə 1449, ¹ 11, maddə 1937; 2017, ¹ 1, maddə 135, ¹ 3, maddə 493, ¹ 6, maddə 1245, ¹ 7, maddə 1491, ¹ 9, maddə 1721, ¹ 10, maddə 1883, ¹ 12 (II kitab), maddə 2545; 2018, ¹ 2, maddə 347, ¹ 3, maddə 628, ¹ 4, maddə 789, ¹ 5, maddə 1122, ¹ 6, maddələr 1360, 1367, ¹ 9, maddə 1929, ¹ 10, maddə 2166; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 yanvar tarixli 25 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

2.1. mətn üzrə (67-ci hissənin altıncı abzası istisna olmaqla) ismin müvafiq hallarında “notariat kontoru” və “notariat kontorları” sözləri ismin müvafiq hallarında “notariat ofisi” və “notariat ofisləri” sözləri ilə əvəz edilsin;

2.2. 2-ci hissə üzrə:

2.2.1. birinci abzasda “17 və 26-cı maddələrinə” sözləri “17-ci maddəsinə” sözləri ilə əvəz edilsin;

2.2.2. 13-cü bəndə “ərizələrini” sözündən sonra “və sənədlərini” sözləri əlavə edilsin;

2.3. 5-ci hissənin ikinci abzasında “xüsusi notariusun məsul əməkdaşlarına” sözləri “xüsusi notariusun köməkçisinə” sözləri ilə əvəz edilsin;

2.4. 6-cı hissəyə aşağıdakı məzmunda “e)” bəndi və ikinci-üçüncü abzaslar əlavə edilsin:

e) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin metodiki tövsiyələrinə riayət etməlidir.

Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 25-1-ci maddəsində nəzərdə tutulmuş hallarda xüsusi notariusun köməkçisi xüsusi notariusu əvəz etdikdə, xüsusi notariusun adından və onun möhüründən istifadə etməklə notariat hərəkətlərini apararkən, rəsmiləşdirilən sənədlərdə xüsusi notariusun adı ilə yanaşı öz adını və vəzifəsini qeyd etməlidir.

Xüsusi notariusun köməkçisi əvəz etdiyi müddətdə “Elektron notariatinformasiya sistemindən öz adından istifadə edir.”;

2.5. 10-cu hissə aşağıdakı redaksiyada verilsin:

“10. Dövlət notariusları notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumu tuturlar.

Xüsusi notariuslar tərəfindən notariat hərəkətlərinin aparılmasına görə dövlət notariusları tərəfindən notariat hərəkətlərinin aparılması üçün müəyyənləşdirilmiş dövlət rüsumu miqdarında haqq tutulur.

Notariuslar sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün, sənədlərdəki imzaların həqiqiliyinin, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi ilə əlaqədar göstərilən xidmətə (texniki işlərin yerinə yetirilməsinə) görə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğində, əqdlərin və etibarnamələrin təsdiqi ilə əlaqədar göstərilən xidmətə (məsləhətlərin verilməsinə, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrinin tərtib edilməsinə, texniki işlərin yerinə yetirilməsinə) görə isə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğinin 15 faizi miqdarında haqq tuturlar.

Notariuslar, həmçinin əqdlərin, etibarnamələrin və sənədlərdəki imzaların həqiqiliyinin ölkə ərazisində real vaxt rejimində videoyazı vasitəsilə rəsmiləşdirilməsinə görə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğində haqq tuturlar.

Əqdlərin rəsmiləşdirilməsi zamanı bu hissənin 4-cü abzasına uyğun tutulmuş məbləğ iştirak edən notariuslar arasında bərabər bölünür.

Notariuslar etibarnamələrin və sənədlərdəki imzaların həqiqiliyinin xaricdə olan şəxslə videoyazı vasitəsilə həyata keçirilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 16.6.1-ci və 16.6.6-cı maddələri ilə müəyyən edilmiş dövlət rüsumu məbləğində haqq tuturlar. Bu məbləğ notariusun valyuta hesabına ödənilir.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa görə notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar tətbiq edilən hallarda notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur.

Notariat hərəkətlərinə görə dövlət notariusu tərəfindən qəbul edilmiş dövlət rüsumu 2 (iki) bank günü ərzində dövlət büdcəsinə, haqq isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xüsusi hesabına köçürülür.

Xüsusi notariuslar tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə haqlar tutulur.

Dövlət rüsumuhaqlar nağd, elektron ödəmə sistemləri, o cümlədən notariat ofisində olan ödəniş köşkləri və internet vasitəsilə və ya köçürmə yolu ilə ödənilir.

Nağd şəkildə ödəmə barədə ödəyiciyə bankya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, eləcə də internet vasitəsilə ödənildikdə, müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bankya poçt sənədi təqdim edilir.”;

2.6. 13-cü hissənin dördüncü-onuncu abzasları müvafiq olaraq yeddinci-on üçüncü abzaslar hesab edilsin və həmin hissəyə aşağıdakı məzmunda dördüncü-altıncı abzaslar əlavə edilsin:

“Yoxlamanın və ya şikayətin araşdırılmasının nəticəsindən asılı olaraq, xüsusi notarius barəsində intizam icraatı başlanıla bilər, dövlət notariusuna münasibətdə isə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq ədliyyə orqanları işçisinin intizam məsuliyyətinə cəlb edilməsi qaydası tətbiq olunur.

Xüsusi notariusun işçisi tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edildikdə, onun barəsində intizam tədbirlərinin görülməsi, o cümlədən əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin notariat fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumu notariusa yazılı qaydada göstəriş verir.

Xüsusi notariusla işçiləri arasında əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi və “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”;

2.7. 15-ci hissə aşağıdakı redaksiyada verilsin:

“15. Notariat hərəkətləri notariat ofisində, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və Azərbaycan Respublikasının konsulluqları yerləşən binada aparılmalıdır.

Notariat hərəkətləri qanunvericiliyə əsasən dövlət notariusunun, xüsusi notariusun, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin və ya Azərbaycan Respublikası konsulluqlarının vəzifəli şəxslərinin müvafiq yerdə aparmalı olduğu hallar (vərəsəlik şəhadətnamələrinin, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələrin verilməsi, mirasın qorunması üçün tədbirlərin görülməsi, icra qeydlərinin aparılması və dəniz protestinin tərtib edilməsi) istisna edilməklə, Azərbaycan Respublikasının bütün ərazisində aparılır.

Şəxs notariat ofisinə gəlmədən, əvvəlcədən verilmiş bildiriş (notariat hərəkətlərinin aparılması ilə əlaqədar yazılı və ya elektron müraciət) üzrə dövlət rüsumuhaqlar ödənilməklə, nəqliyyat vasitəsi ilə təmin edildikdən və ya maraqlı şəxs tərəfindən faktiki nəqliyyat xərcləri ödənildikdən sonra notariat hərəkətləri notariat ofisindən kənarda (səyyar qaydada) da aparıla bilər.

Notariat hərəkətlərinin notariat ofisindən kənarda səyyar qaydada aparılması üçün notariuslar müasir avadanlıqla, o cümlədən kompüter, printer, skaner, kamera, portativ enerji ehtiyatı və 4G internet ötürücüsü ilə təchiz olunmuş, ciddi hesabat blanklarının və möhürün təhlükəsiz saxlanılması üçün xüsusi yeri olan, “Elektron notariatinformasiya sisteminə birbaşa qoşulan, 24 saata qədər fasiləsiz işləyən xüsusi çantalardan istifadə edirlər.

Xüsusi notarius tərəfindən müraciət edən şəxslərin xahişi ilə onlarla notariat hərəkətlərinin vaxtından sonra, istirahət və ya bayram günlərində həm notariat ofisində, həm də ofisdən kənar aparılması qaydası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilir.

Notariat ofisinə gəlmədən əvvəlcədən verilmiş bildiriş üzrə notariat ofisindən kənarda, habelə vaxtından sonra, istirahət və ya bayram günlərində notariat hərəkətlərinin aparılmasına görə hər bir notariusun özü tərəfindən müəyyən edilən haqqın məbləğini müəyyən edən meyarlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilir.

Ofisdən kənar notariat hərəkətlərinin aparılması zamanı ödənişlər POS-terminallar, ödəniş sistemləri, yaxud yaxınlıqda olan banklar vasitəsilə, habelə notariuslar tərəfindən qəbz verilməklə nağd şəkildə qəbul edilir.

Notariat hərəkətləri notariat ofisinin binasından kənarda aparılarsa, təsdiq qeydində və notariat reyestrində notariat hərəkətinin aparıldığı yer, vaxtünvan qeyd olunur.

Şəxs notariat ofisinə gələ bilmədiyi hallarda verilmiş bildiriş (notariat hərəkətlərinin aparılması ilə əlaqədar yazılı və ya elektron müraciət) əsasında notariat hərəkətinin aparılması vaxtı (tarixi və saatı) razılaşdırıldıqdan, dövlət rüsumuhaqlar ödənildikdən sonraNotariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş notariat hərəkətləri notariat ofisindən kənarda olan müraciət etmiş şəxslə videoyazı vasitəsilə aparıla bilər.

Notariat ofisindən kənarda videoyazı vasitəsilə notariat hərəkətləri iki notarius arasında videokonfrans əsasında, habelə “Elektron ədliyyə köşkü” və yaMobil notariat qovluğuproqram təminatı üzərindən aparıla bilər.

Elektron ədliyyə köşkünün quraşdırıldığı yeronlarla işləyən notariuslar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tərtib etdiyiMobil notariat qovluğuproqram təminatı ödənişsiz onlayn satış məntəqələrindən əldə edilir və istifadəçinin avadanlığının (mobil telefon, kompüter, planşets.) üzərinə yüklənilir.

İstifadəçi müvafiq səhifəyə daxil olduqdan sonra istifadə qaydaları ilə tanış olur və əməliyyatı həyata keçirir. Bu halda müraciət edənin öz iradəsini aydın ifadə etməsinin təminatı kimi verdiyi əlavə telefon nömrələri ilə əlaqə saxlanılaraq, aparılmış notariat hərəkətlərinin onun iradəsinə uyğunluğu bir daha yoxlanılır. Videoaudio materiallar tərtib olunan yer qapalı, səs-küydən və digər şəxslərin təsirindən kənar olmalıdır.

Notariat hərəkətləri videoyazı vasitəsilə həyata keçirildikdə, tərəfin öz iradəsini əks etdirən videoaudio materiallar tərtib olunurnotariat hərəkətinin “Elektron notariatinformasiya sistemindəki eyniləşdirmə nömrəsinə bağlanılaraq, məlumat bazasında saxlanılır. Tərtib olunmuş video materiallarda tərəfin üz təsviri aydın görünməli, onun hər hansı formada və səbəbdən tamya qismən örtülməsinə yol verilməməli, kadrda başqa şəxs olmamalıdır. Tərtib olunmuş audio materiallarda tərəfin səsləndirdiyi sözlər aydın eşidilməli, başqa səslər ona qarışmamalıdır. Videoyazı vasitəsilə həyata keçirilən notariat hərəkətlərinin notariat ofisindən kənarda bir iştirakçısı olmalıdır. İkidaha çox tərəfin iştirakı ilə aparılan notariat hərəkətləri iki notarius arasında videokonfrans əsasında aparıla bilər.

Notariat hərəkətləri videoyazı vasitəsilə həyata keçirildikdə, notarius şəxsin zahiri görkəminin fotoşəklə uyğunluğu, habelə proqram təminatı vasitəsilə müəyyən edilən ünvanı (olduğu yer) haqqında qeyd aparır və sənəd üzərində “notariat hərəkəti videoyazı vasitəsilə rəsmiləşdirilmişdir” sözlərini yazır.

İki notarius arasında videokonfrans əsasında videoyazı vasitəsilə notariat hərəkətinin rəsmiləşdirilməsi üçün iştirakçılar müxtəlif notariuslara müraciət etməli, notariuslar isə “Elektron notariatinformasiya sistemi vasitəsilə öz aralarında videokonfrans qurub əməliyyatı rəsmiləşdirməlidirlər.

Notariat hərəkətlərinin rəsmiləşdirilməsi üçün notariuslar Azərbaycan Respublikası Ədliyyə NazirliyininElektron notariatinformasiya sistemindən istifadə edirlər.”;

2.8. 16-cı hissə üzrə:

2.8.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasının qanunları ilə ayrı qayda nəzərdə tutulmadıqda, notariat hərəkətləri dövlət rüsumuhaqlar ödənildikdən sonra bunun üçün lazım olan bütün sənədlər təqdim olunduğu, habelə informasiya sistemlərindən əldə edildiyi gün aparılır.”;

2.8.2. ikinci-altıncı abzaslar müvafiq olaraq üçüncü-yeddinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

Notariat hərəkətinin aparılması üçün tələb olunan sənədlər natamam olduqda, notarius zəruri sənədlərin daxil ola bildiyi informasiya sistemlərindən əldə edilərək, notariat qaydasında təsdiq edilməsi barədə müraciət edən şəxsə məlumat verir.”;

2.9. 18-ci hissənin birinci abzası aşağıdakı redaksiyada verilsin:

 Notarius əqdlərin iştirakçılarının, şahidlərin (vəsiyyətnamənin təsdiqi zamanı) və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyini (videoyazı, “Elektron ədliyyə köşkü”, “Mobil notariat qovluğuproqram təminatı vasitəsilə aparılan notariat hərəkətləri istisna olmaqla) yoxlayır.”;

2.10. 20-ci hissənin birinciikinci (hər iki halda) cümlələrinə “notariusun” sözündən sonra “və ya xüsusi notariusun köməkçisinin” sözləri əlavə edilsin;

2.11. 22-ci hissənin birinci abzasının birinci cümləsinə “notariusun” sözündən sonra “eləcə də xüsusi notariusun köməkçisinin” sözləri əlavə edilsin;

2.12. 28-ci hissəyə “mülkiyyət hüququnu,” sözlərindən sonra “ayrı-ayrı şəxslərin, idarələrin, müəssisələrin və təşkilatların ərizələrinin və sənədlərinin verilməsini,” sözləri əlavə edilsin;

2.13. 29-cu hissənin ikinci-otuzuncu abzasları müvafiq olaraq üçüncü-otuz birinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən notariat ofislərinin adı və notariat hərəkətlərinin növləri göstərilməklə, elektron reyestrlər tətbiq olunur.”;

2.14. 31-ci hissənin ikinci abzasının ikinciüçüncü cümlələri çıxarılsın;

2.15. 45-ci hissə aşağıdakı redaksiyada verilsin:

“45. Daşınmaz əmlakın özgəninkiləşdirilməsinə və ipoteka qoyulmasına dair müqavilələr təsdiq olunarkən, daşınmaz əmlakın yerləşdiyi inzibati ərazi üzrə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci, 10.5-ci, 10.6-cı və 11.3-cü maddələri ilə müəyyən edilmiş dövlət rüsumuya haqq tutulur.

Bu halda notarius yalnız notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərə fəaliyyət göstərdiyi notariat ofisində xidmət edir. Başqa inzibati ərazidə notariat ofisindən kənar notariat hərəkəti aparılmasına yol verilmir.”;

2.16. 67-ci hissənin altıncı abzasında “dövlət notariat kontoruna” sözləri “notariat ofisinə” sözləri ilə əvəz edilsin;

2.17. 124-cü hissənin üçüncü-beşinci abzasları müvafiq olaraq dördüncü-altıncı abzaslar hesab edilsin və həmin hissəyə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

Notariuslar, həmçinin elektron imza ilə təsdiq edilməklə elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə kağız daşıyıcıda olan sənəddəki məlumatları elektron formata keçirirya elekron daşıyıcıda olan elektron sənədin düzgünlüyünü rəsmiləşdirirlər. Təqdim edilən sənədin surəti və ya sənəddəki imzanın həqiqiliyi müvafiq qaydada notariat qaydasında təsdiq edilməlidir.”;

2.18. “Ayrı-ayrı şəxslərin, idarələrin, müəssisələrin və təşkilatların ərizələrinin verilməsi” bölməsinin adına “ərizələrinin” sözündən sonra “və sənədlərinin” sözləri əlavə edilsin;

2.19. 148-ci hissədə “ərizələrini” sözü “kağız və ya elektron daşıyıcıda olan ərizələrini və ya sənədlərini” sözləri ilə əvəz edilsin;

2.20. 149-cu hissə aşağıdakı redaksiyada verilsin:

“149. Ərizələr və sənədlər kağız daşıyıcıda geri məlumat verilməsi şərtilə poçt vasitəsilə və ya imza etdirmək şərtilə şəxsən verilir. Göndərilən şəxsin elektron poçt ünvanı məlum olduqda, ərizəçinin xahişi ilə onun notariat qaydasında təsdiq edilmiş ərizəsi skan edilərək göndərilə bilər.

Kağız daşıyıcıda təqdim olunan ərizələr və ya digər sənədlər notarius tərəfindən başqa şəxslərə, həmçinin texniki vasitələrdən istifadə etməklə informasiya sistemləri vasitəsilə də verilə bilər. Bu halda notarius kağız daşıyıcıda təqdim olunmuş ərizə və ya digər sənəd əsasında onun elektron nüsxəsini skan edilmiş formadaya elektron məlumat şəklində “Elektron notariatinformasiya sistemində tərtib etməklə hazırlayır. Kağız daşıyıcıda olan ərizə və ya digər sənədlə hazırlanmış sənədin elektron nüsxəsinin eyniləşdirilməsi notariusun elektron imzası ilə təsdiq edilir.

Elektron formada təqdim olunan ərizələrin və ya digər sənədlərin məzmunu notarius tərəfindən hazırlanan kağız daşıyıcıya keçirilərək eyniləşdirilə bilər. Bu halda notarius ərizəni və ya digər sənədi göndərən şəxsin elektron imzasını “Elektron imzaelektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun yoxlayır, onu kağız daşıyıcıda çap edərək imzası və möhürü ilə təsdiq edir. Elektron ərizə və ya digər sənəd kağız daşıyıcıya keçirildikdən sonra bu hissənin birinci abzasında nəzərdə tutulmuş qaydada göndərilir.”;

2.21. 150-ci hissə aşağıdakı redaksiyada verilsin:

“150. Ərizələrin və ya digər sənədlərin başqasına verilməsi, habelə kağız və ya elektron daşıyıcıda olan ərizə və ya digər sənədlərin hazırlanmış elektron və kağız nüsxələri ilə eyniləşdirilməsi haqqında şəhadətnamə verilir.”;

2.22. 160-1-ci hissənin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

“Daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, behborc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir.”;

2.23. 209-cu hissənin üçüncü abzasında “xarici dövlətlərdə nümayəndəlikləri” sözləri “diplomatik nümayəndəlikləri və konsulluqları” sözləri ilə əvəz edilsin.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 31 mart.- S.3.