“Şəhərsalma fəaliyyəti
sahəsində idarəetmənin
təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 1 avqust tarixli 226 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. “Şəhərsalma fəaliyyəti
sahəsində idarəetmənin təkmilləşdirilməsi
ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 1 avqust tarixli 226 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1676) 5-ci hissəsi
aşağıdakı redaksiyada verilsin:
“5. Azərbaycan Respublikasının
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
İdarənin Əsasnaməsi təsdiq olunanadək İdarəyə
münasibətdə Bakı Şəhər İcra Hakimiyyəti
başçısının səlahiyyətlərini həyata
keçirsin.”.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
2.1. Azərbaycan Respublikası
Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.3. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.4. bu Fərmandan irəli gələn
digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların bu Fərmana
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 mart 2019-cu il.
Xalq qəzeti. - 2019.- 20 mart (№64).-
S.3.