Azərbaycan Respublikası
Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinin fəaliyyətinin
təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara
alıram:
1. “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi yanında Bakı Şəhər
Memarlıq və Şəhərsalma Baş İdarəsi
haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi (bundan sonra – Komitə) yanında
Bakı Şəhər Memarlıq və Şəhərsalma
Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta
Bürosunun və Şəhər Ərazisinin
Tikinti-Planlaşdırma İdarəsinin əsasında Komitənin
tabeliyində publik hüquqi şəxs statuslu Ərazi
Tikinti-Planlaşdırma Mərkəzi (bundan sonra – Mərkəz)
yaradılsın.
3. “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin
Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
4. “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin
göstərdiyi ödənişli xidmətlərin
siyahısı” təsdiq edilsin (əlavə olunur).
5. Mərkəzdə təsisçinin səlahiyyətlərinin
həyata keçirilməsi aşağıdakılara həvalə
edilsin:
5.1. Azərbaycan
Respublikasının Prezidentinə:
5.1.1. Mərkəzin
nizamnaməsinin təsdiq
edilməsi və nizamnamə fondunun miqdarının müəyyən
edilməsi;
5.1.2. Mərkəzin
yenidən təşkili
və ləğv edilməsi;
5.2. Komitəyə:
5.2.1. bu
Fərmanın 5.1-ci bəndində
qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında”
Azərbaycan Respublikası
Qanununun 8.2-ci maddəsində
publik hüquqi şəxsin təsisçisinin
səlahiyyətlərinə aid edilmiş digər məsələlərin
həlli.
5.3. Mərkəzin
ilkin nizamnamə fondu 1 000 000 (bir milyon) manat təşkil
edir və dövlət büdcəsinin
vəsaiti hesabına formalaşır.
6. Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyası yaşayış
sahələrinin Azərbaycan
Respublikasının Mülki
Məcəlləsinə uyğun
olaraq müvafiq torpaq sahəsinə bağlılığının təsbit edildiyi qüvvədə olan qanunlarda dəyişikliyi nəzərdə tutan qanun layihəsini bir ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin.
7. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti:
7.1. Mərkəz
“Hüquqi şəxslərin
dövlət qeydiyyatı
və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş
qaydada dövlət qeydiyyatına alındığı
gündən bir ay müddətində Komitənin Memarlıq və Şəhərsalma
Baş İdarəsinin
tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosunun və Şəhər Ərazisinin
Tikinti-Planlaşdırma İdarəsinin
balansındakı əmlakın
Mərkəzin balansına
verilməsini təmin
etsin;
7.2. bu Fərmanın 2-ci hissəsinə
və 7.1-ci bəndinə
uyğun olaraq Mərkəzin balansına
verilən dövlət
əmlakının qiymətləndirilərək
Mərkəzin nizamnamə
fondunda nəzərə
alınması üçün
müvafiq təkliflərini
iki ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
7.3. bu Fərmanın 4-cü hissəsi
ilə təsdiq edilən siyahıda göstərilmiş xidmətlərə
görə ödənilən
xidmət haqqı məbləğlərini Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
bir ay müddətində
təsdiq etsin;
7.4. Azərbaycan
Respublikası Prezidentinin
aktlarının bu Fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
7.5. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin
edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
7.6. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
7.7. bu Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
8. Müəyyən
edilsin ki:
8.1. Azərbaycan
Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsinə uyğun
olaraq tikintisinə icazə tələb olunan, lakin həmin
Məcəllənin 89.1-ci maddəsində
nəzərdə tutulan
ekspertizasının keçirilməsi
tələb olunmayan tikinti obyektlərinə münasibətdə, habelə
Azərbaycan Respublikası
Prezidentinin müəyyən
etdiyi digər hallarda bu Fərmanın
4-cü hissəsində nəzərdə
tutulan xidmətlərin
göstərilməsinə görə xidmət haqqı ödənilmir;
8.2. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu Fərmanın 7.3-cü bəndinə
uyğun olaraq xidmət haqqı müəyyən edənədək
həmin xidmət haqqını Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
Komitə müəyyən
edir.
9. “Azərbaycan
Respublikasının Dövlət
Şəhərsalma və
Arxitektura Komitəsi haqqında Əsasnamənin,
komitənin strukturunun
təsdiq edilməsi, aparatının işçilərinin
say həddinin müəyyən edilməsi
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2007, № 11, maddə
1095; 2009, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2016, № 11, maddə
1831; 2017, № 1, maddə 39) aşağıdakı
dəyişikliklər edilsin:
9.1. 3-cü hissədən
“aparatının” sözü
çıxarılsın və
həmin hissədə
“135” rəqəmləri “cəmi
220 ştat vahidi olmaqla, Komitənin aparatı üzrə 170 ştat vahidi, onun yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş
İdarəsi üzrə
50” sözləri ilə
əvəz edilsin.
9.2. Həmin
Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət
Şəhərsalma və
Arxitektura Komitəsi haqqında Əsasnamə”də
aşağıdakı dəyişikliklər
edilsin:
9.2.1. 1-ci hissə
aşağıdakı redaksiyada
verilsin:
“1. Azərbaycan
Respublikasının Dövlət
Şəhərsalma və
Arxitektura Komitəsi (bundan sonra – Komitə) şəhərsalma,
ərazi planlaşdırılması,
arxitektura və bununla bağlı layihələndirmə sahələrində
(bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini
həyata keçirən
mərkəzi icra hakimiyyəti orqanıdır.”;
9.2.2. aşağıdakı
məzmunda 7.1-1-ci və
7.2-1-ci bəndlər əlavə
edilsin:
“7.1-1. ərazi
planlaşdırılması sənədlərinin hazırlanmasına
və həmin sənədlərin tələblərinə
əməl edilməsinə
dövlət nəzarətini
həyata keçirir;”;
“7.2-1. müvafiq
sahədə normayaratma
fəaliyyətini həyata
keçirir;”;
9.2.3. 7.4-cü bənddən “dövlət
şəhərsalma kadastrının
aparılması üçün
normativ-metodoloji təminatın
yaradılmasını və
bütövlükdə” sözləri
çıxarılsın və
həmin bəndə
“respublika üzrə”
sözlərindən sonra
“qanunvericiliklə” sözü
əlavə edilsin;
9.2.4. 7.5-ci bənd
aşağıdakı redaksiyada
verilsin:
“7.5. bina,
qurğu və komplekslərin memarlıq planlaşdırma həllərinin
səviyyəsinin yüksəldilməsini
təmin edir, onların şəhərsalma
və tikinti normalarına uyğun işlənilməsinə nəzarəti
həyata keçirir;”;
9.2.5. 8.1-ci bənd
aşağıdakı redaksiyada
verilsin:
“8.1. müvafiq
sahədə normayaratma
fəaliyyətindən irəli
gələn vəzifələri
həyata keçirmək;”;
9.2.6. 8.9-cu və
8.10-cu bəndlər çıxarılsın;
9.2.7. aşağıdakı
məzmunda 8.13-1-ci bənd
əlavə edilsin:
“8.13-1. tikintisinə
icazə verilən binaların memarlıq planlaşdırma bölmələrində
qanunvericiliklə müəyyənləşdirilmiş
qaydada müvafiq əraziyə uyğun memarlıq üslubuna riayət edilməsinin təmin olunması üçün tədbirlər
görmək;”;
9.2.8. 8.16-cı bənddən “dövlət
şəhərsalma kadastrı
xidmətinin təşkili
üzrə müvafiq
normativ-metodiki baza yaratmaq,” sözləri çıxarılsın;
9.2.9. aşağıdakı
redaksiyada 8.20-1 – 8.20-6-cı bəndlər əlavə
edilsin:
“8.20-1. müəyyən
edilmiş qaydada müfəssəl plan olmadığı və ya onun müddəti
bitdiyi hallarda tikintiyə icazə verilməsi üçün
tikinti layihəsinin onun həyata keçiriləcəyi ərazinin
planlaşdırılması sənədlərinə (baş
planlara və (və ya) ümumi
planlara), habelə müfəssəl planın
hazırlanması zamanı
nəzərə alınan
tələblərə uyğunluğunun
müəyyənləşdirilməsi ilə bağlı sənədi təsdiq etmək;
8.20-2. yaşayış
məntəqələri ərazilərinin
və ya onların ərazi hissələrinin müfəssəl
planlarını təsdiq
etmək;
8.20-3. Azərbaycan
Respublikası Prezidentinin
müəyyən etdiyi
hallarda tikinti obyektlərinin tikintisinə
və istismarına icazə vermək;
8.20-4. strukturuna
daxil olan qurum vasitəsilə və ya bilavasitə
tikintisinə icazə
tələb olunan tikinti layihələrinin şəhərsalmaya dair normativ sənədlərin
tələblərinə uyğunluğuna
dair rəy vermək;
8.20-5. tabeliyində
olan qurum vasitəsilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti
məqsədləri üçün
torpaq sahəsi ayırarkən (məlumatlandırma
icraatı qaydasında
yaşayış evlərinin
tikintisi üçün
ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi
nəzərdə tutulan
tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə
(qüvvədə olan
müfəssəl plana,
belə plan olmadıqda və ya onun müddəti
bitdikdə, tikintiyə
icazə verilməsinin
mümkünlüyünün Azərbaycan Respublikasının
Şəhərsalma və
Tikinti Məcəlləsinin
11-ci maddəsinə, o cümlədən
ərazilərin zonalaşdırılması,
tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara
və yaşayış
məntəqələrində yanaşı sahələrdə
tikinti aparılmasının
əsas şərtlərinə)
uyğunluğuna dair rəy vermək;
8.20-6. müəyyən
edilmiş ərazilərdə
səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı
tikinti olmayan xırda pərakəndə
ticarət obyektləri
və komplekslərinin
yerləşdirilməsi və
quraşdırılmasının müvafiq ərazinin memarlıq üslubuna uyğunluğunun yoxlanılmasını
təşkil etmək;”;
9.2.10. 8.27-ci bənd
aşağıdakı redaksiyada
verilsin:
“8.27. dövlət
sirrinin və məxfilik rejiminin qorunması üçün
qanunvericiliklə müəyyən
edilmiş tədbirlər,
habelə fəaliyyət
istiqamətlərinə uyğun
təhlükəsizlik tədbirləri
görmək;”;
9.2.11. 9.1-ci bənd
aşağıdakı redaksiyada
verilsin:
“9.1. müvafiq
sahədə normayaratma
fəaliyyətindən irəli
gələn hüquqları
həyata keçirmək;”;
9.2.12. 9.3-cü bəndə “baş memarların” sözlərindən
sonra “, habelə digər memarların” sözləri əlavə
edilsin;
9.2.13. 9.10-cu bənd
aşağıdakı redaksiyada
verilsin:
“9.10. zəruri
məlumatların əldə
edilməsi üçün
müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə
orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu
vermək və sorğuda qeyd olunan məlumatları (sənədləri) almaq;”;
9.2.14. 13-cü bənd aşağıdakı
redaksiyada verilsin:
“13. Komitə
sədrinin birinci müavini və üç müavini vardır. Komitə sədrinin müavinlərini
Azərbaycan Respublikasının
Prezidenti vəzifəyə
təyin və vəzifədən azad edir. Komitə sədrinin müavinləri
sədrin onlara həvalə etdiyi vəzifələri yerinə
yetirir və bunun üçün şəxsən məsuliyyət
daşıyırlar.”;
9.2.15. 14.2-ci bənd
aşağıdakı redaksiyada
verilsin:
“14.2. Komitənin
aparatının struktur
bölmələrinin, strukturuna
daxil olan qurumların (əsasnamələri
Azərbaycan Respublikasının
Prezidenti tərəfindən
təsdiq edilən qurumları istisna olmaqla) və Şəhərsalma Şurasının
əsasnamələrinin təsdiqi
barədə, həmçinin
bu Əsasnamənin
17-1-ci bəndində Komitənin
kollegiyasının səlahiyyətlərinə
aid edilməmiş məsələlər barədə
normativ hüquqi aktları qərarlar formasında qəbul edir;”;
9.2.16. aşağıdakı
redaksiyada 14.2-1-ci bənd
əlavə edilsin:
“14.2-1. Komitənin
strukturuna daxil olmayan tabeliyindəki digər qurumların (hüquqi şəxslərin,
təşkilatların və
sair) nizamnamələrini
təsdiq edilmək üçün qanunvericiliklə
müəyyən olunmuş
qaydada təqdim edir;”;
9.2.17. 14.5-ci bənd
aşağıdakı redaksiyada
verilsin:
“14.5. əmr
və sərəncamlar
formasında qeyri-normativ
hüquqi aktlar qəbul edir və onların, habelə Komitədə qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;”;
9.2.18. aşağıdakı
redaksiyada 17-1-ci bənd
əlavə edilsin;
“17-1. Komitənin
kollegiyası qərarlar
formasında aşağıdakı
normativ hüquqi aktları qəbul edir:
17-1.1. Komitə
ilə digər şəxslər (qurumlar)
arasında münasibətləri
tənzimləyən normativ
hüquqi aktlar;
17-1.2. qəbul
edilməsini Azərbaycan
Respublikası Prezidentinin
və ya Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Komitəyə tapşırdığı
konkret normativ hüquqi aktlar;
17-1.3. bir
neçə dövlət
orqanının fəaliyyətini
tənzimləyən vahid
(birgə) normativ hüquqi aktlar;
17-1.4. qanunvericiliklə
müəyyən edilmiş
hallarda müvafiq dövlət orqanları ilə razılaşdırılmalı
olan normativ hüquqi aktlar;
17-1.5. Komitə
sədrinin təşəbbüsü
ilə Komitənin kollegiyasının müzakirəsinə
çıxarılan bu
Əsasnamənin 14.2-ci yarımbəndində
nəzərdə tutulmuş
normativ hüquqi aktlar;
17-1.6. bu
Əsasnamənin 17-1.1 – 17-1.5-ci yarımbəndlərinə uyğun
olaraq Komitənin kollegiyasının qəbul
etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişiklik
edilməsi.”;
9.2.19. 19-cu bənd
çıxarılsın;
9.2.20. 20-ci bənddə
“çatdıra bilərlər”
sözləri “çatdırmaq
hüquqları vardır”
sözləri ilə əvəz edilsin;
9.2.21. 21-ci bənddən
“rəhbərləri” sözü
çıxarılsın və
həmin bənddə
“edilə bilərlər”
sözləri “edilirlər”
sözü ilə əvəz edilsin;
9.2.22. 22-ci bəndin
ikinci cümləsində
“Şura haqqında Əsasnamə və onun” sözləri “Şuranın” sözü
ilə əvəz edilsin;
9.2.23. 8.2-ci, 8.3-cü,
8.15-ci, 8.19-cu, 8.20-ci, 8.24-cü, 8.29-cu, 9.8-ci və
9.15-ci bəndlərdən ismin
müvafiq hallarında
“öz səlahiyyəti
daxilində” sözləri
çıxarılsın.
10. Həmin
Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət
Şəhərsalma və
Arxitektura Komitəsinin
Strukturu”nun mətni 1-ci hissə hesab edilsin və
aşağıdakı məzmunda
2-ci hissə əlavə
edilsin:
“2. Azərbaycan
Respublikasının Dövlət
Şəhərsalma və
Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq
və Şəhərsalma
Baş İdarəsi.”.
11. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham
Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 mart 2019-cu il.
Xalq qəzeti. - 2019.-20 mart (№64).- S.4.