“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 198

  Bakı şəhəri, 1 may 2019-cu il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 10, maddə 2155; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 mart tarixli 94 və 100 nömrəli, 18 mart tarixli 110 nömrəli, 28 mart tarixli 130, 133, 135 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

1. 4.1-ci və 4.3-cü bəndlər ləğv edilsin.

2. 5-ci hissədə “Bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikasının vahid büdcə təsnifatının tətbiqinə başlanıldığı tarixdən etibarən” sözləri “2020-ci il 1 yanvar tarixindən” sözləri ilə əvəz edilsin.

3. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı” üzrə:

3.1. 1.1.4.6.1.0-cı yarımbənddə “torpaqlarda, binalarda və digər obyektlərdə açıq məkanda reklamın yayımı üçün” sözləri “daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı” sözləri ilə əvəz edilsin;

3.2. “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına əlavə”nin 1.1.4.6-cı yarımbəndindən “dövlət və bələdiyyə torpaqlarında, binalarında və digər obyektlərində” sözləri çıxarılsın.

4. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatı” üzrə:

4.1. altıncı sətirdə “Ali və yuxarı icra hakimiyyəti orqanlarının fəaliyyəti” sözləri “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların və icra səlahiyyətlərini həyata keçirən orqanın fəaliyyəti” sözləri ilə əvəz edilsin;

4.2. “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə” üzrə:

4.2.1. 1.1.0-cı paraqrafdaAli və yuxarı icra hakimiyyəti orqanlarının fəaliyyəti” sözləri “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların və icra səlahiyyətlərini həyata keçirən orqanın fəaliyyəti” sözləri ilə əvəz edilsin;

4.2.2. 1.1.2-ci paraqraf aşağıdakı redaksiyada verilsin:

“1.1.2. “Azərbaycan Respublikası ­Prezidentinin Administrasiyasının, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların və icra səlahiyyətlərini həyata keçirən orqanın fəaliyyəti” paraqrafına Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan ­Respublikası Prezidentinin İşlər İdarəsi və onun strukturuna daxil olan dövlət büdcəsindən maliyyələşdirilən tabeli qurumlar, Azərbaycan Respublikası ­Prezidentinin Xüsusi Tibb Xidməti və Azərbaycan ­Respublikası Nazirlər Kabinetinin ­saxlanılması xərcləri daxildir.”.

5. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı” yeni redaksiyada verilsin (əlavə olunur).

 

Novruz Məmmədov

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 3 may.- S.5.