Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyindəki Respublika İdman Tibb Mərkəzinin ləğv edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 dekabr tarixli 193 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 200

 Bakı şəhəri, 1 may 2019-cu il

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 8 sentyabr tarixli 146 nömrəli Qərarı ilə yaradılmış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyindəki Respublika İdman Tibb Mərkəzi ləğv edilsin.

2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 dekabr tarixli 193 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011,

¹ 12, maddə 1242; 2012, ¹ 3, maddə 260; 2013, ¹ 3, maddə 346; 2016,

¹ 1, maddə 181; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 yanvar tarixli 3 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “I. Büdcədən maliyyələşdirilən qurumlar” bölməsinin 13-cü hissəsi ləğv edilsin.

 

Novruz Məmmədov

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 3 may.- S.5.