Azərbaycan filmləri

beynəlxalq kinofestivalda  

 

İran İslam Respublikasının Babol şəhərində 9-cu Vareş Beynəlxalq kino festivalı keçirilmişdir. Festivalda ölkəmizi Əməkdar incəsənət xadimi, kinorejissoroperator Nizami Abbas, Mədəniyyət Nazirliyinin əməkdaşı Elşad Əliyev, gənc rejissor Zəhra Mirrzaprodüser Elşən Əliyev təmsil etmişlər.

 

Azərbaycanın “Qanadsız möcüzə” qısametrajlı bədii və “Azərbaycan xalçası”, “Azərbaycan muğamı”, “Azərbaycan mətbəxi” sənədli filmləri festivalın müsabiqə proqramında iştirak etmiş və kinosevərlər tərəfindən maraqla qarşılanmışdır.

Bundan əlavə, “Çovqan”, “İz...Qala”, “Miras”, “Şəki”, “O kimdir”, “Sovqat”, “Bakı əsrlərin aynasında”, “Azərbaycan mətbəxinin rəngləri” sənədli filmlərimiz “Azərbaycan proqramı” çərçivəsində İran tamaşaçılarına təqdim olunmuşdur.

Festivalda həmçinin Azərbaycan kinosuna həsr olunan tədbir keçirilmiş, milli kinomuzun tarixibugünü haqqında iştirakçılara, eləcə də İran televiziya kanallarına məlumat verilmişdir.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2019.- 8 may.- S.13.